Temu | Azərbaycan | İstifadə şərtləri
"Temu"dan istifadə etdiyiniz üçün təşəkkür edirik! Bu İstifadə şərtləri (“Şərtlər”) sizin tətbiqlərimiz, məhsullarımız, xidmətlərimiz və veb-saytlarımızdan (“Xidmətlər”) istifadənizi idarə edən qayda və məhdudiyyətləri ehtiva edir. Bu Şərtlər sizinlə bizim aramızda öhdəlik müqaviləsidir. Qeydiyyat prosesini tamamlamaq və/yaxud Xidmətləri nəzərdən keçirməklə siz (1) Şərtləri oxuduğunuzu, anladığınızı və onlara əməl etməyə razı olduğunuzu; (2) bizimlə məcburi müqavilə bağlamaq üçün qanuni yaşda və qabiliyyətdə olduğunuzu; (3) bu Şərtləri şəxsən qəbul etmək səlahiyyətiniz olduğunuzu təsdiq edirsiniz; və (4) əgər siz Xidmətlərdən şirkət və ya digər qurum adından istifadə edirsinizsə, (a) “siz” dedikdə siz və həmin qurumun başa düşülməsi, (b) qurumu bu Şərtlərə tabe etmək səlahiyyəti verilən səlahiyyətli nümayəndə olduğunuz və (c) qurum adından bu Şərtləri qəbul etdiyinizlə razılaşırsınız. Siz bu Şərtlərin hamısına əməl etməklə razılaşmadığınız təqdirdə Xidmətlərə çıxış əldə etməməli və ya onlardan istifadə etməməlisiniz.
1. Ümumi baxış
1.1 Bu Şərtlər sizinlə Sinqapur şirkəti olan Elementary Innovation Pte. Ltd. arasında bağlanır.
1.2 Hazırkı Şərtlər və Siyasətlərdə (aşağıda müəyyən edildiyi kimi) Elementary Innovation Pte. Ltd. şirkətinə “biz” və ya “bizə” (“bizim”) deyə müraciət ediləcək. Bu Şərtlər və Siyasətlərin məqsədləri üçün biz həmçinin aşağıdakı istinadları tətbiq edirik:
Bizim funksiya, məhsul, xidmət və ya məzmun, o cümlədən məlumat mübadiləsi təklif edə bilən veb-saytımız və mobil tətbiqimiz “Temu” və
Son istifadəçilər, o cümlədən “siz” kimi "Temu" platformasının ziyarətçiləri və "Temu"dan məhsul satın almaq üçün istifadə edənlər.
1.3 Biz və filiallarımız xidmətlərimiz üçün texniki və əməliyyat dəstəyi təmin edirik. Siz "Temu"da bir tranzaksiyada bir neçə sifariş üçün ödəniş edə bilərsiniz. Çoxsaylı sifarişlər bir bağlamada birlikdə çatdırıla bilər.
1.4 Xidmətlərdən istifadəniz və onlarda iştirakınız, həmçinin "Temu"nun şəxsi məlumatlarınızı necə emal etdiyini təsvir edən Məxfilik Siyasəti və Kukilər və Oxşar Texnologiyalar Siyasəti daxil olmaqla, dərc etdiyimiz əlavə siyasətlərə (“Siyasətlər”) tabedir. Bu Şərtlər və Siyasətlər arasında fərq olarsa, Siyasətlər müvafiq mövzulu məsələnin həllində üstün tutulmalıdır.
1.5 ZƏHMƏT OLMASA, NƏZƏRƏ ALIN Kİ, AŞAĞIDAKI BÖLMƏ 19 SİZİNLƏ BİZİM ARAMIZDAKI MÜBAHİSƏLƏRİN, BU ŞƏRTLƏRİN QÜVVƏYƏ MİNMƏ TARİXİNDƏN ÖNCƏ YARANAN VƏ YA BİLDİRİLƏN HƏR HANSI MÜBAHİSƏLƏRİN HƏLLİ QAYDASINI İDARƏ EDƏN MÜDDƏALARI EHTİVA EDİR. BÖLMƏ 19 BAŞQA ŞƏRTLƏRLƏ YANAŞI MƏHDUD İSTİSNALARLA SİZİNLƏ BİZİM ARAMIZDA YARANAN BÜTÜN MÜBAHİSƏLƏRİN MÜTLƏQ VƏ QƏTİ ARBİTRAJ YOLU İLƏ HƏLL EDİLMƏLİ OLDUĞUNU TƏLƏB EDƏN ARBİTRAJ RAZILAŞMASINI EHTİVA EDİR. MÜQAVİLƏNİN QÜVVƏYƏ MİNMƏ TARİXİNDƏN SONRAKI OTUZ (30) GÜN ƏRZİNDƏ ARBİTRAJ RAZILAŞMASINDAN İMTİNA ETMƏDİYİNİZ HALDA: (1) SİZ VƏ BİZƏ HƏR HANSI KOLLEKTİV İDDİA VƏ YA TƏMSİLÇİ İDDİASINDA YAXUD MƏHKƏMƏ İŞİNDƏ İDDİAÇI VƏ YA KOLLEKTİV ÜZVÜ KİMİ DEYİL, YALNIZ FƏRDİ ƏSASDA MÜBAHİSƏ VƏ YA İDDİALARI HƏLL ETMƏK VƏ DİGƏR TƏRƏFLƏ MÜBAHİSƏDƏ BAŞQALARINA MÜRACİƏT ETMƏK İCAZƏSİ VERİLƏCƏK VƏ BİZİM HƏR BİRİMİZ KOLLEKTİV İDDİA İŞİNDƏ VƏ YA KOLLEKTİV ARBİTRAJ MƏHKƏMƏSİNDƏ İŞTİRAK HÜQUQUMUZDAN İMTİNA EDİRİK; VƏ (2) BİZİM HƏR BİRİMİZ MÜBAHİSƏ VƏ YA İDDİALAR BAŞLATMAQ VƏ MƏHKƏMƏYƏ, ELƏCƏ DƏ ANDLILAR MƏHKƏMƏSİNƏ MÜRACİƏT ETMƏK HÜQUQUMUZDAN İMTİNA EDİRİK. YERLƏŞDİYİNİZ ÖLKƏDƏN ASILI OLARAQ, ƏLAVƏ HÜQUQLARINIZ OLA BİLƏR VƏ/YAXUD ARBİTRAJ MÜQAVİLƏSİNİN MÜƏYYƏN MÜDDƏALARI QANUNLA TƏLƏB EDİLƏN ŞƏKİLDƏ SİZƏ TƏTBİQ EDİLMƏYƏ BİLƏR.
1.6 ZƏHMƏT OLMASA, NƏZƏRƏ ALIN Kİ, BU ŞƏRTLƏR DƏYİŞDİRİLƏ BİLƏR. Biz bu Şərtləri vaxtaşırı, o cümlədən onları daha aydın və ya başa düşülməsi daha asan etmək, Xidmətlərdə etdiyimiz hər hansı dəyişiklikləri və ya təkmilləşdirmələri əks etdirmək, hüquqi yaxud tənzimləyici tələblərə riayət etmək, təhlükəsizlik məsələlərini həll etmək və/yaxud Xidmətlərin davamlı fəaliyyətini və səmərəliliyini təmin etmək üçün yeniləyə bilərik. Dəyişikliklər edildikdə, biz yenilənmiş Şərtləri və/yaxud Siyasətləri "Temu"da dərc edəcək və səhifənin yuxarı hissəsindəki “Son yenilənmə tarixi” və ya “Quvvəyə minmə tarixini” yeniləyəcəyik. Şərtlərin və Siyasətlərin ən son versiyalarına baxmaq üçün mütəmadi olaraq onları yoxlamağınızı tövsiyə edirik. Tətbiq edilən qanunvericiliyə müvafiq olaraq, biz dəyişikliklər barədə sizi məlumatlandıra bilərik. Həmin yeniləmədə başqa hal nəzərdə tutulmayıbsa, bu Şərtlərə edilən dəyişikliklər Xidmətlərin istifadəçiləri üçün dərc edildiyi andan etibarən dərhal qüvvəyə minir. Hər hansı dəyişiklik(lər)lə razı deyilsinizsə, Xidmətlərdən istifadəni dayandırmalısınız. Əks təqdirdə, dəyişikliklər qüvvəyə mindikdən sonra Xidmətlərdən istifadəni davam etdirməyinizin həmin dəyişiklik(lər)i qəbul etdiyiniz mənasına gəldiyi ilə razılaşırsınız.
2. İstifadəçi tələbləri və qeydiyyat
2.1 Xidmət 18 yaşı yamam olmamış şəxslər və ya azyaşlı (müvafiq qanunlarla müəyyən edildiyi kimi) tərəfindən istifadə üçün nəzərdə tutulmayıb. Xidmətlərdən istifadə etmək üçün siz ən azı 18 (on səkkiz) yaşında və tətbiq edilən qanunvericiliyə uyğun olaraq, öhdəlik müqaviləsi bağlamaq üçün qanunla icazə verilən yaşda olduğunuzu təsdiq edirsiniz. "Temu" platformasında uşaqların istifadəsi üçün nəzərdə tutulmuş məhsullar satılsa da, bu məhsullar yalnız yetkin yaşlı şəxslərə satılmaq üçün nəzərdə tutulmuşdur. Müəyyən məhsullar da yalnız müəyyən yaşda olan və ya “yetkin auditoriya” üçün nəzərdə tutulmuş ola bilər. Sözügedən məhsulları sifariş etməklə siz, tətbiq edilən qanunvericiliyə müvafiq olaraq həmin məhsullara baxmaq, onlardan istifadə etmək, onlara sahib olmaq və ya onları təhvil almaq üçün tələb olunan minimum yaş həddində olduğunuzu bəyan edirsiniz. Biz təhqiredici, ləyaqətsiz və ya arzuolunmaz hesab etdiyiniz üçüncü tərəf məzmunu üçün məsuliyyət daşımırıq.
2.2 Siz aşağıdakı hallarda Xidmətlərdən istifadə edə bilməzsiniz: (a) bizimlə öhdəlik müqaviləsi bağlaya bilmədiyinizdə; (b) yaşadığınız ölkə və ya hər hansı müvafiq ölkə tərəfindən embarqo qoyulmuş ölkədə yerləşdiyinizdə; (c) Siz hər hansı ölkənin qadağa qoyulmuş fiziki və ya hüquqi şəxslər siyahısında (məsələn, Xəzinədarlıq departamentinin tərtib etdiyi xüsusi kateqoriyalı insanların siyahısı) olduğunuzda; və ya (d) bizim Xidmətlərdən istifadəniz qadağan edildikdə.
2.3 Xidmətlərdən bəzilərinə çıxmaq və istifadə etmək üçün sizdən "Temu"da hesab yaratmaq tələb edilə bilər. "Temu" veb-saytında hesab (“Hesab”) yaradan zaman əlaqə məlumatınız daxil olmaqla, özünüz barədə həqiqi, düzgün, tam və yenilənmiş məlumat təqdim etməyə razılıq verirsiniz. Siz təqdim etdiyiniz qeydiyyat məlumatının daim yenilənmiş olmasını təmin etmək üçün məsuliyyət daşıyırsınız. Siz Hesabınızda keçirilən bütün fəaliyyətlər üçün məsuliyyət daşıyırsınız. Siz uşaqların Hesabınızdan hər hansı icazəsiz istifadəsini məhdudlaşdırmaq üçün Hesabınıza nəzarət etməyə və uşaqların Xidmətlərdən səlahiyyətsiz istifadəsi ilə bağlı tam məsuliyyəti öz üzərinizə götürəcəyinizə razılıq verirsiniz. Siz istifadə etmək hüququnuz olmayan addan və ya özünü başqa şəxsin adından təqdim etmək niyyəti ilə başqa şəxsin adından öz istifadəçi adınız kimi istifadə edə bilməzsiniz. Siz əvvəlcədən yazılı icazə almadan Hesabınızı başqasına ötürə bilməzsiniz. Siz Xidmətlərin hər hansı birindən istifadənizə həmişəlik qadağa qoyulduğu təqdirdə hər hansı başqa Hesab yaratmamaq və ya Xidmətlərdən istifadə etməməklə razılaşırsınız. Belə etdiyiniz təqdirdə, biz hər hansı bu cür Hesabları yaxud Xidmətdən istifadəni məhdudlaşdırmaq hüququmuzu özümüzdə saxlayırıq. Bizim icazəmiz olmadan Hesabınızı və ya parolunuzu heç kimlə paylaşa bilməzsiniz. Parolunuzdan hər hansı icazəsiz istifadə və ya digər təhlükəsizlik qaydalarının pozulması halları barədə bizə dərhal məlumat verməyə və hər bir sessiyanın sonunda Hesabınızdan çıxış etməyə razılaşırsınız.
2.4 Siz, həmçinin "Temu" platformasında icazə verildiyi və mövcud olduğu kimi, sosial şəbəkə xidmətinin (“SŞX”) hesabı və onun giriş məlumatları (birlikdə “SŞX Hesabı”) vasitəsilə qoşulmaqla da Hesab qeydiyyatdan keçirə bilərsiniz. Xidmətlərə SŞX vasitəsilə daxil olursunuzsa, hazırkı sənəddə və Məxfilik Siyasətimizdə təsvir olunan məqsədlər üçün, habelə SŞX Hesabınızı tənzimləyən tətbiq edilən şərtlər və qaydalar çərçivəsində icazə verildiyi kimi, SŞX Hesabınızdan məhdud məlumatlara daxil olmaq üçün bizə icazə verməklə Hesabınızı SŞX Hesabları ilə əlaqələndirə bilərsiniz (“SŞX Məzmunu”). Siz SŞX hesabınızı idarə edən heç bir şərt və qaydanı pozmadan və bizi hər hansı ödəniş etmək öhdəliyinə yaxud bu SŞX ilə bağlı hər hansı istifadə məhdudiyyətlərinə məruz qoymadan bizə SŞX hesabınıza giriş icazəsi vermək (Xidmətlərdən istifadə etmək üçün) hüququnuz olduğunu bildirirsiniz. Zəhmət olmasa, nəzərə alın ki, SŞX hesabı və ya əlaqədar xidmət artıq əlçatan olmadıqda və ya bizim bu SŞX hesabına çıxış hüququmuz SŞX tərəfindən ləğv edildikdə, SŞX Məzmunu artıq bizim Xidmətlərimizdə və ya onlar vasitəsilə əlçatan olmayacaq. "Temu" tətbiqinin “Parametrlər” bölməsinə, yaxud "Temu" veb-saytının “Sifarişlər & Hesabı” bölməsinə daxil olmaqla, Hesabınız ilə SŞX Hesablarınız arasındakı əlaqəni istənilən vaxt qeyri-aktiv etmək imkanınız var. ZƏHMƏT OLMASA, NƏZƏRƏ ALIN Kİ, SİZİN SŞX HESABLARI İLƏ ƏLAQƏDAR SŞX TƏMİNATÇILARI İLƏ MÜNASİBƏTİNİZ YALNIZ BU SŞX TƏMİNATÇILARI İLƏ ARANIZDA BAĞLANAN MÜQAVİLƏ(LƏR) İLƏ İDARƏ EDİLİR VƏ BİZ BU SŞX TƏMİNATÇILARI TƏRƏFİNDƏN SİZİN SŞX HESABLARINDA TƏYİN ETDİYİNİZ MƏXFİLİK PARAMETRLƏRİNİN POZULMASI İLƏ BİZƏ TƏQDİM EDİLƏN ŞƏXSİ MƏLUMATLARLA BAĞLI HƏR HANSI ÖHDƏLİKLƏRDƏN İMTİNA EDİRİK. Biz hər hansı SŞX Məzmununa görə məsuliyyət daşımırıq və nəticə etibarilə, dəqiqlik, hüquqi uyğunluq, yaxud hüquqların pozulmaması da daxil olmaqla, lakin bunlarla məhdudlaşmayaraq, hər hansı bir məqsədlə onu nəzərdən keçirmirik.
3. Qaydalar və məhdudiyyətlər
3.1 Siz Xidmətlərdən şəxsi və qeyri-kommersiya məqsədi ilə hər hansı üçüncü tərəfin adından və ya onun xeyrinə deyil, özünüz üçün və yalnız bu Şərtlərə, Siyasətlərə və sizə tətbiq edilən bütün qanunlara cavab verəcək şəkildə istifadə etməklə razılaşırsınız. Hər hansı qüvvədə olan qanun sizin Xidmətlərdən istifadənizi qadağan edərsə, bu zaman Xidmətlərdən istifadə etmək səlahiyyətiniz yoxdur və hər hansı bu cür istifadəni dayandırmalısınız. Biz xidmətlərdən hər hansı tətbiq edilən qanunvericiliyi pozacaq şəkildə istifadə etməyinizə görə məsuliyyət daşımırıq.
3.2 Hesabınızla bağlı bütün fəaliyyətlər də daxil olmaqla, Xidmətlərdən istifadənizə görə şəxsən siz məsuliyyət daşıyırsınız. Buna görə də siz Hesabınızın (o cümlədən parolunuzun) təhlükəsizliyini qorumalı və onu hər hansı üçüncü şəxslə paylaşmamalısınız. Hesabınızın hər hansı faktiki yaxud şübhəli icazəsiz istifadəsi və ya təhlükəsizlik pozuntusu barədə bizə dərhal məlumat verməlisiniz.
3.3 Bu Şərtlərə, yaxud Siyasətlərə riayət etməkdən yayınmaq, hesab məhdudiyyətlərindən çəkinmək, Kampaniyalardan (aşağıda Bölmə 3.4-də tərif müəyyən edildiyi kimi) sui-istifadə etmək və ya qeyri-qanuni, dələduzluq xarakterli yaxud digər şəkildə sui-istifadə sayılan hər hansı başqa məqsədlə çoxsaylı Hesablar yaratmamalısınız.
3.4 Xidmətlər vasitəsilə təqdim olunan hər hansı müsabiqələr, kampaniyalar, sorğular və ya digər tədbirlər (birlikdə – “Kampaniyalar”), tətbiq edilən qanunvericiliyin icazə verdiyi həddə, ayrıca qaydalarla tənzimlənə bilər. Kampaniya ilə bağlı qaydalar bu Şərtlərlə ziddiyyət təşkil edərsə, Kampaniya qaydaları üstün tutulmalıdır.
3.5 Xidmətlərdən istifadə edən zaman siz Xidmətlər vasitəsilə aşağıdakı hər hansı İstifadəçi təqdimatlarını (Bölmə 6.1-də müəyyən edildiyi kimi) əlçatan etməmək və bununla bağlı heç bir tədbir görməməklə razılaşır və bu öhdəliyi üzərinizə götürürsünüz:
(1) əqli mülkiyyət hüquqları daxil olmaqla, başqa şəxsin hüquqlarını məhdudlaşdıra və ya poza bilən;
(2) bu Şərtlər, Siyasətlər və ya müvafiq qanunları poza bilən;
(3) hər hansı qeyri-qanuni, zərərli, təhqiredici, yalan, saxta, fırıldaqçı, aldadıcı, təhdidedici, təqibedici, nüfuzdan salıcı, şərləyici, pornoqrafik, ədəbsiz, nalayiq və ya başqa cür etiraz doğura və ya ayrı-seçkilik yaradan davranışa cəlb oluna bilən;
(4) bu Şərtlərdən, Siyasətlərdən və ya Təşviqatlar da daxil olmaqla Xidmətlərlə bağlı digər qaydalardan hər hansı birindən yayına və ya yayınmağa cəhd edə bilən;
(5) İcazəsiz və ya tələb olunmamış reklam, spam xarakterli və ya kütləvi e-məktub təşkil edə bilən;
(6) digər istifadəçilərdən şəxsi məlumatı toplaya və ya Xidmətlərdən toplanmış hər hansı bu cür məlumatdan istifadə edə bilən;
(7) Hesabınızın təhlükəsizliyinin pozulmasına səbəb ola biləcək hər hansı davranış edə bilən;
(8) digər istifadəçinin razılığı olmadan onun parolunu, hesabını və ya digər təhlükəsizlik məlumatlarını əldə edə bilən;
(9) üçüncü tərəfin uçot məlumatlarından istifadə edə, həqiqi IP ünvanınızı gizlədə və ya başqa şəkildə kimliyinizi və ya hər hansı fiziki və ya hüquqi şəxslə əlaqənizi təqlid və ya təhrif edə bilən;
(10) hər hansı kompüter şəbəkəsinin düzgün işləməsini və ya təhlükəsizliyini poza və ya müdaxilə edə bilən;
(11) Xidmətlərdə hər hansı avtomatik cavab və ya “spamı”, Xidmətlər səhifəsindən çıxmadığınızda işə düşən və ya aktiv edilən hər hansı prosesi yaxud Xidmətlərin düzgün işləməsinə mane olan hər hansı prosesi aktiv edə bilən (o cümlədən, həddən artıq yüklənmə, “daşma”, “poçt bombardmanı” və ya Xidmətlərin korlanması vasitəsilə Xidmətlər infrastrukturunun əsassız olaraq yükləməsi ilə);
(12) Xidmətlərin hər hansı təhlükəsizlik funksiyalarının pozulması, Xidmətlərin hər hansı səhifəsi, verilənləri və ya hissəsi və ya onlarla bağlı çıxış, “axtarış”, “təmizləmə” yaxud “spider”lənməsi üçün mexaniki və ya avtomatik proqram təminatından yaxud başqa vasitələrdən istifadə və ya viruslar, qurdlar və bənzər ziyanverici kodların Xidmətlərə salınması daxil olmaqla, lakin bunlarla məhdudlaşmadan Xidmətlərə potensial ziyan vura bilən;
(13) "Temu" tərəfindən açıq şəkildə icazə verilən hallar istisna olmaqla, bu cür istifadənin "Temu"nun texniki tədbirlərinə, təhlükəsizlik nəzarətinə və ya Xidmətlərin nəzərdə tutulan fəaliyyətinə müdaxilə etdiyi, onlardan yayındığı və ya onlara xələl gətirdiyi hallarda, hər hansı avtomatlaşdırılmış, proqramlaşdırılmış və ya insan amili olmadan reallaşdırılan vasitələrlə (o cümlədən, lakin bunlarla məhdudlaşmayaraq “mənim üçün al” agentləri, böyük dil modelləri əsasında işləyən botlar və ya insanın iştirakı olmadan sifariş yerləşdirməyə cəhd edən hər hansı proseslər vasitəsilə) Xidmətlərin hər hansı funksiyasına daxil olmaq, onlarla qarşılıqlı əlaqədə olmaq və ya onlardan istifadə etmək (o cümlədən, lakin bunlarla məhdudlaşmayaraq sifarişetmə, ödənişlər, kampaniyalar, mükafatlar və ya hesabın idarə edilməsi);
(14) bizim yazılı razılığımız olmadan məzmunun hər hansı mühüm hissəsini Xidmətlərə kopiyalaya və ya orada saxlaya bilən;
(15) Xidmətlərin mənbə kodunu və ya əsas ideyalarını yaxud xidmətlərdəki və ya onunla bağlı məlumatları dekompilyasiya edə, tərsinə mühəndisliyi həyata keçirə və ya başqa şəkildə əldə edə bilən;
(16) qanuni olaraq almaq və ya istifadə etmək icazəniz olmayan hər hansı Məhsulu satın almaq imkanı verə bilən;
(17) bizim təklif etdiyimiz hər hansı Kampaniyalar, endirimlər və ya digər faydalardan sui-istifadə edə və ya hər hansı sadalanan məhsulun qiymətini dəyişə yaxud siyahılara müdaxilə edə bilən; və ya
(18) bu siyahıda qadağan edilmiş hər hansı işi görməyə cəhd edə və ya üçüncü tərəfə bu cür hər hansı işi görmək icazə verə, bunu təşviq edə, buna kömək edə və ya icazə verə bilən.
Yuxarıda qeyd edilənlərin pozulması bizim üçün mümkün olan hər hansı başqa müdafiə üsullarından əlavə aşağıdakılara əsas verir:
(1) hər hansı İstifadəçi verilənlərini silmək və ya dərc etməkdən imtina etmək;
(2) məhsulların satın alınmasının ləğv edilməsi və ya qadağa qoyulması;
(3) Mükafatların (aşağıda Bölmə 12.1-də müəyyən edildiyi kimi) yaxud tərəfimizdən ödənilməli olan ödənişlərin ləğv edilməsi və ya məhdudlaşdırılması; və/yaxud
(4) Xidmətlərin hər hansı hissəsinə və ya bütövlüklə hamısına daxil olmaq yaxud onlardan istifadə etmək hüququnuzun müvəqqəqəti dayandırılması, tamamilə dayandırılması və ya digər şəkildə məhdudlaşdırılması.
Sizin tərəfinizdən bu Şərtlərin hər hansı aktual və ya potensial pozulmalarından xəbərdar olduğumuz təqdirdə, bu cür pozulmaları araşdırmaq hüququnu özümüzdə saxlayırıq. Araşdırma nəticəsində kriminal və ya qeyri-qanuni fəaliyyətin mövcudluğuna inandığımız halda, məsələni istənilən və bütün müvafiq hüquq-mühafizə orqanlarına yönləndirmək və onlarla əməkdaşlıq etmək hüququnu özümüzdə saxlayırıq. Tətbiq edilən qanunvericiliklə qadağan olunmuş hallar istisna olmaqla, Xidmətlərdən istifadənizlə bağlı sərəncamımızda olan hər hansı məlumat və ya materialları, o cümlədən İstifadəçi Təqdimatlarını aşağıdakı məqsədlər üçün zəruri və ya məqsədəuyğun hesab etdiyimiz təqdirdə açıqlamaq hüququmuz var: (i) tətbiq edilən qanunvericiliyə, hüquqi prosesə və ya dövlət orqanlarının sorğusuna əməl etmək; (ii) bu Şərtlərin və Siyasətlərin icrasını təmin etmək; (iii) İstifadəçi Təqdimatının üçüncü şəxslərin hüquqlarını pozması ilə bağlı hər hansı iddialara cavab vermək; (iv) müştəri xidmətləri ilə bağlı sorğularınızı cavablandırmaq; (v) bizim, istifadəçilərimizin və ya ictimaiyyətin, habelə bütün hüquq-mühafizə və ya digər dövlət rəsmilərinin hüquqlarını, mülkiyyətini və ya şəxsi təhlükəsizliyini qorumaq; yaxud (vi) Məxfilik Siyasətində nəzərdə tutulmuş digər hallarda.
4. Məxfilik
4.1 Bizim Məxfilik Siyasətimiz Xidmətlərə daxil olduğunuz, onları ziyarət etdiyiniz və ya onlardan istifadə etdiyiniz zaman "Temu"nun fərdi məlumatlarınızı necə toplaması, istifadə etməsi, paylaşması və digər şəkildə işləməsi barədə məlumatları təqdim edir. Xidmətlərdən istifadənizlə bağlı olaraq, siz təsdiq edir və razılaşırsınız ki, "Temu" fərdi məlumatlarınızı (o cümlədən Hesabınızı və istifadəçi məlumatlarınızı) Məxfilik Siyasətimizdə və Kukilər və Oxşar Texnologiyalar Siyasətimizdə təsvir olunduğu kimi, habelə tətbiq edilən qanunvericiliyin icazə verdiyi həddə toplaya, istifadə edə, paylaşa və digər şəkildə işləyə bilər. Məxfilik Siyasəti bu Şərtlərin tərkib hissəsidir və bu Şərtlərlə tənzimlənir; bu Şərtlərlə razılaşmaqla, siz həmçinin Məxfilik Siyasətinin və Kukilər və Oxşar Texnologiyalar Siyasətinin şərtlərinin sizə şamil olunmasına razılıq verirsiniz.
5. Kommunikasiya
5.1 Siz təsdiq edirsiniz ki, tərəfimizdən elektron qaydada e-poçtlar, mətn mesajları, mobil bildirişlər, habelə Xidmətlərdə yaxud Xidmətlər vasitəsilə təqdim olunan bildiriş və mesajlar (“Bildiriş mesajları”) formasında məlumatlar ala bilərsiniz və qanunvericiliklə tələb olunan hallarda, bu cür Bildiriş mesajların göndərilməsi üçün sizin icazəniz alınacaq. Siz qəbul edirsiniz ki, Xidmətlərdən istifadə etdiyinizdə naqilsiz xidmət təminatçınız internet, sms və/yaxud başqa naqilsiz çıxış üçün, o cümlədən Bildirişlərlə bağlı xidmət haqqı tuta bilər. Zəhmət olmasa, sizin Xidmətlərə çıxışınız və onlardan istifadənizə, o cümlədən bizim göndərdiyimiz Bildiriş mesajlara hansı xidmət haqlarının tətbiq edildiyini müəyyən etmək üçün naqilsiz xidmət təminatçısına mücariət edin. Xidmətlərin mobil cihazınıza endirilməsi, quraşdırılması və/yaxud istifadəsi, o cümlədən göndərdiyimiz Bildiriş mesajlar üçün ödənməli olan bütün xidmət haqları, xərclər və məbləğlər üçün yalnız siz məsuliyyət daşıyırsınız. Siz həmçinin təsdiq edir və razılaşırsınız ki, tərəfimizdən sizə elektron qaydada təqdim olunan bütün şərtlər və qaydalar, müqavilələr, bildirişlər, açıqlamalar, habelə digər məlumatlar və sənədlər “yazılı formada” göndərilmiş kommunikasiya vasitəsi hesab olunacaq və eyni hüquqi qüvvəyə malik olacaq.
5.2 Siz bizim aşağıdakı məqsədlərlə təqdim etdiyiniz hər hansı e-poçt ünvanı və ya telefon nömrəsi vasitəsilə sizinlə əlaqə saxlaya biləcəyimizlə razılaşırsınız: (i) Hesabınız barədə sizə bildiriş etmək; (ii) Hesabınızdakı nasazlıqları aradan qaldırmaq; (iii) mübahisəni həll etmək; (iv) borc ödənişini almaq; (v) sorğu və ya suallar vasitəsilə fikrinizi öyrənmək; (vi) sifarişlər, ödəniş və çatdırılma ilə bağlı xəbərləri sizə bildirmək; (vii) birdəfəlik keçid şifrələri daxil olmaqla, sizə avtorizasiya mətnləri göndərmək; və ya (viii) lazım olan qaydada, Hesabınıza xidmət göstərmək və ya bu Şərtlər, Siyasətlər, müvafiq qanunlara, yaxud aramızda bağlanmış hər hansı başqa müqavilənin şərtlərinə əməl edilməsini təmin etmək (müvafiq icazələrinizə, parametrlərinizə və üstünlüklərinizə uyğun olaraq). Mesaj və data tarifləri tətbiq oluna bilər. Mesaj və ya data tarifləri ilə bağlı hər hansı sualınız olarsa, birbaşa müvafiq xidmət provayderinizlə əlaqə saxlayın.
5.3 Marketinq materiallarımızı mətn mesajları, e-poçtlar və ya digər kanallar vasitəsilə almaq istəyirsinizsə, bunun üçün abunə ola bilərsiniz. Abunə olmaqla, tərəfimizə təqdim etdiyiniz əlaqə məlumatlarından istifadə edərək sizə marketinq materialları göndərə biləcəyimizi təsdiq edirsiniz. Sözügedən materiallarda təqdim olunan təlimatlara əməl etməklə, sizə marketinq materiallarını almaqdan imtina etmək imkanı veriləcək. Mesaj və data tarifləri tətbiq oluna bilər. Siz Xidmətlərdən istifadə şərti kimi marketinq materialları almaq üçün razılığınızı bildirmək tələb edilmədiyini qəbul edirsiniz.
5.4 Marketinq e-məktubları almaqdan imtina etmək istəyirsinizsə, marketinq e-məktubundakı abunəlikdən çıxma seçimləri keçidini izləyərək marketinq e-poçt siyahımızdan çıxa bilərsiniz.
5.5 Sizinlə üçüncü tərəf olan xidmət təminatçısı vasitəsilə kommunikasiya edə bilərik. Məxfilik Siyasətimizin şamil olunduğu agentlərimiz və ya üçüncü tərəf olan ticarət tərəfdaşları ilə rabitə əlaqələriniz keyfiyyətə nəzarət və xidmətin optimallaşdırılması məqsədilə, yaxud sizin, bizim və/yaxud ticarət tərəfdaşlarının maraqlarını qorumaq üçün qeydə alına, monitorinq edilə və saxlanıla bilər.
6. İstifadəçi təqdimetmələri
6.1 “İstifadəçi Təqdimetmələri” – təkliflər, şərhlər, rəylər, qiymətləndirmələr, fotolar, videolar, digər rəylər və ya materiallar, yaxud SNS Məzmunu də daxil olmaqla, Xidmətlər vasitəsilə tərəfinizdən yerləşdirilən, yüklənən, paylaşılan, təqdim edilən, saxlanılan və ya digər şəkildə ötürülən və digər istifadəçilər tərəfindən görünə bilən hər bir şeyi ifadə edir. Hesabınızda yerləşdirdiyiniz hər hansı İstifadəçi Təqdimetməsi çılpaqlıq, zorakılıq, seksual xarakterli və ya təhqiramiz mövzuları ehtiva etməməlidir.
6.2 Bütün İstifadəçi Təqdimetmələri üçün siz bizə Xidmətlərin fəaliyyətini təmin etmək, marketinqini aparmaq və onları reklam etmək üçün (o cümlədən bu cür İstifadəçi Təqdimetmələrini sizin seçimlərinizə uyğun olaraq təqdim etmək, nümayiş etdirmək və ya ifşa etmək üçün) zəruri hesab etdiyimiz şəkildə, hər zaman tətbiq edilən məlumatların qorunması haqqında qanunvericiliyə və digər qüvvədə olan qanunlara tam uyğun olaraq, həmin İstifadəçi Təqdimetmələrindən istifadə etmək, lisenziya vermək, saxlamaq, nümayiş etdirmək, reproduksiya etmək, qeydə almaq, dəyişdirmək (məsələn, İstifadəçi Təqdimetməsinin fərqli sistemlərdə və cihazlarda görünə bilməsini təmin etmək üçün), törəmə əsərlər yaratmaq, kütləvi şəkildə ifa etmək, kütləvi nümayiş etdirmək, yaymaq, tərcümə etmək və ya onlarla bağlı digər şəkildə hərəkət etmək üçün tam ödənilmiş, müəllif qonorarsız, müddətsiz, geri çağırılmaz, qeyri-müstəsna, ötürülə bilən, sublisenziya verilə bilən, ümumdünya hüququ və lisenziyası verirsiniz.
6.3 Siz təsdiq edir və razılaşırsınız ki, bütün İstifadəçi Təqdimetmələri (həmin təqdimatları yerləşdirdiyiniz istifadəçi adı da daxil olmaqla) məxfi deyil və mülkiyyət hüququ ilə qorunmur; həmçinin sizə qarşı hər hansi məhdudiyyət qoyulmadan və ya kompensasiya ödənilmədən, tərəfimizdən həmin İstifadəçi Təqdimetmələrini sərbəst şəkildə nümayiş etdirilə, açıqlana, çoxaldıla, dəyişdirilə, lisenziyalaşdırıla, ötürülə, yayıla və digər formada istənilən şəkildə istifadə edilə biləcəyini qəbul edirsiniz.
6.4 Siz İstifadəçi verilənlərinə dair bütün hüquqlara malik olduğunuza və ya onları idarə etdiyinizə və bizim İstifadəçi verilənlərindən istifadəmizin heç bir üçüncü tərəf hüquqlarını yaxud bu Şərtlərdə qeyd edilən (bu sənəddəki Bölmə 3-də qeyd edilənlər daxil olmaqla) heç bir qayda və məhdudiyyətləri pozmayacağına zəmanət verirsiniz.
6.5 Biz İstifadəçi Təqdimetmələrini təqdir etmirik və onlar bizim baxışlarımızı təmsil etmir. Biz İstifadəçi verilənləri və ya onların səbəb olduğu ziyanla bağlı bütün öhdəliklərdən xüsusilə imtina edirik. Biz istifadəçilərdən başqa istifadəçilərin görə biləcəyi İstifadəçi verilənlərini təqdim edən zaman xüsusilə məhsul qiymətləndirmələri və rəyləri ilə bağlı yüksək səviyyəli səmimiyyət göstərmələrini gözləyirik. Siz başqa istifadəçilərin görə biləcəyi İstifadəçi verilənlərinin həqiqətən tam səmimiliklə və yalnız sizin təcrübənizə əsasən yaradılacağını öhdənizə götürürsünüz. Bundan əlavə siz İstifadəçi verilənləri üçün hər hansı şəkildə sponsorluq və ya ödəniş edildiyini aydın şəkildə qeyd edəcəyinizi öhdənizə götürürsünüz. Siz qəbul edirsiniz ki, bizim İstifadəçi Təqdimetmələrini ilkin ekspertizadan keçirmək öhdəliyimiz yoxdur; bununla belə, bu Şərtləri pozan və ya digər şəkildə qəbuledilməz olan hallar da daxil olmaqla, bu Şərtlər çərçivəsində tərəfimizə təqdim olunan digər hüquqi müdafiə vasitələrini məhdudlaşdırmadan, öz mülahizəmizə əsasən və sizə əvvəlcədən bildiriş göndərmədən hər hansı İstifadəçi Təqdimetməsini ilkin ekspertizadan keçirmək, qəbul etməmək, istisna etmək və ya silmək hüququmuzu özümüzdə saxlayırıq. Bu Şərtləri qəbul etməklə, siz burada bu cür nəzarət və düzəliş üçün ləğv oluna bilməyən razılığınızı bildirirsiniz. Hər hansı İstifadəçi Təqdimetməsini ilkin ekspertizadan keçirdiyimiz, qəbul etmədiyimiz, istisna etdiyimiz və ya sildiyimiz təqdirdə, bunu Xidmətlərin təhlükəsizliyini və bütövlüyünü qorumaq məqsədilə etdiyimizi başa düşür və qəbul edirsiniz.
7. Mülkiyyət hüququ
7.1 Siz Xidmətlərdə və ya onlar vasitəsilə nümayiş etdirilən, ifa edilən və ya əlçatan olan materialların, o cümlədən, lakin bunlarla məhdudlaşmadan, mətn, qrafika, verilənlər, məqalələr, fotolar, şəkillər, təsvirlər və İstifadəçi verilənlərinin (birlikdə “Məzmun”) bütün dünyada müəllif hüququ və/yaxud başqa əqli mülkiyyət qanunları ilə qoruna bildiyini qəbul edir və bununla razılaşırsınız. Siz Məzmuna daxil olan bütün müəllif hüququ bildirişləri, ticarət nişanı qaydaları, məlumat və məhdudiyyətlərə riayət etmək və Məzmunun sahibinin əvvəlcədən razılığı olmadan sizə məxsus olmayan hər hansı Məzmunun nüsxəsini çıxarmamaq, surətini çıxarmamaq, dəyişməmək, tərcümə etməmək, dərc etməmək, yayımlamamaq, ötürməmək, yaymamaq, ifa etməmək, yükləməmək, nümayiş etdirməmək, lisenziya verməmək, satmamaq və ya başqa hər hansı məqsədlə istifadə etməmək öhdəliyini üzərinizə götürürsünüz.
7.2 Biz başqalarının əqli mülkiyyət hüquqlarına hörmət edir və başqa şəxsin əqli mülkiyyət hüquqlarını pozma ehtimalı olan Məzmunu silmək və ya qeyri-aktiv etmək və müəllif hüquqlarını pozmaları şübhə edilənlərin hesablarını bağlamaq hüququnu özümüzdə saxlayırıq. Qaydaları pozma ehtimalı olan Məzmunu bildirmək qaydası barədə öyrənmək üçün Əqli mülkiyyət siyasətimizə baxın.
7.3 Siz bizim Xidmətlərə sahib olduğumuzu və ya onlar üçün lisenziya verdiyimizi qəbul edir və bununla razılaşırsınız. Siz Bölmə 7-də xüsusilə edilənlər istisna olmaqla, Xidmətlərin hər hansını dəyişməmək, dərc etməmək, ötürməmək, ötürülməsi və ya satışında iştirak etməmək, surətini çıxarmamaq, onun törəmələrini yaratmamaq və ya istismar etməmək öhdəliyini üzərinizə götürürsünüz.
7.4 Bu Şərtlərə və bütün müvafiq siyasətlər, qaydalar və təlimatlara riayət etməniz və bütün müvafiq ödənişləri və rüsumları həyata keçirməniz şərtilə, biz və ya məzmun təminatçılarımız sizə yalnız "Temu" çərçivəsində istifadə etmək məqsədilə Xidmətlərlə bağlı məhdud, qeyri-eksklyuziv, ötürülə bilməyən, sublisenziyaya verilə bilməyən çıxış, eləcə də şəxsi və qeyri-ticari istifadə hüququ veriririk. Bu Şərtlərdə və ya hər hansı siyasət yaxud təlimatlarda sizə xüsusilə verilməyən bütün hüquqlar biz və ya lisenziyaçılarımız, təchizatçılarımız, naşirlərimiz, hüquq sahibləri və başqa məzmun təminatçılarında qalır və onlar tərəfindən qorunur. Siz bu Şərtlərə və ya hər hansı müvafiq siyasət, qayda və ya təlimatlara əməl etmədiyiniz təqdirdə sizə verdiyimiz lisenziya ləğv edilir.
7.5 Əvvəlcədən xüsusilə icazə vermədiyimiz halda, siz Xidmətlər vasitəsilə təmin edilən hər hansı məlumatdan heç bir ticari məqsəd üçün və ya Xidmətlərdən başqa biznesin xeyrinə istifadə edə bilməzsiniz. Sizin Temu vasitəsilə təmin edilən Xidmətlərlə bağlı olmayan işəgötürmə, müqavilə bağlama və ya hər hansı başqa məqsədlər üçün heç bir şəkildə istifadəçiləri cəlb etmək, onlara reklam etmək və ya onlarla əlaqə saxlamaq hüququnuz yoxdur. Bu müddəanı pozduğunuz zaman biz öz mülahizəmizə görə sizə Xidmətləri təmin etməkdən imtina etmək, Hesabları bağlamaq və/yaxud satınalma tranzaksiyalarını ləğv etmək hüququmuzu saxlayırıq.
8. Məsuliyyətlər; Üçüncü tərəflərlə bağlı risklər
8.1 Siz Xidmətlər vasitəsilə açıq şəkildə dərc edilən və ya məxfi qaydada ötürülən hər hansı Məzmunun bu Məzmunu dərc edən, ötürən və ya təmin edən şəxsin müstəsna məsuliyyəti olduğunu qəbul edir və bununla razılaşırsınız. Siz Məzmuna çıxmaq və ondan istifadə etmək, eləcə də başqa istifadəçilərlə ünsiyyət qurmaq məsuliyyətini öz üzərinizə götürürsünüz. Biz üçüncü tərəf tərəfindən dərc edilən, ötürülən və ya təmin edilən Məzmundakı hər hansı xəta, səhv, buraxma, yanlışlıq üçün məsuliyyət daşımırıq. Biz hər hansı üçüncü tərəfin Məzmunana nəzarət etmirik və sizin Məzmunu necə anlamanız, istifadə etməniz və reaksiya vermənizlə bağlı hər hansı tədbir görmək kimi öhdəliyimiz yoxdur. Bizim Məzmunu yoxlamaq və ya izləmək kimi öhdəliyimiz yoxdur və biz hər hansı üçüncü tərəf Məzmunu təsdiq və təqdir etmir və ya onunla bağlı heç bir iddia etmir və təminat vermirik. Siz həmçinin Xidmətlərdən istifadə etdiyinizdə ünsiyyət qurduğunuz istifadəçilərin kimliyinə tərəfimizdən zəmanət vermək mümkün olmadığını və Xidmətlərə hansı istifadəçilərin çıxış əldə etməsi ilə bağlı məsuliyyət daşımadığımızı anlayırsınız.
8.2 Xidmətlərə hər hansı qaydada əlavə etdiyiniz bütün Məzmunlar üçün məsuliyyəti siz daşıyırsınız və bu cür Məzmunu bu qaydada Xidmətlərə əlavə etmək üçün bütün hüquqlara malik olduğunuzu iddia edir və təminat verirsiniz.
8.3 Xidmətlərdə bizim sahib olmadığımız və ya tərəfimizdən nəzarət edilməyən üçüncü tərəf veb-saytları və ya xidmətlərinə keçidlər və ya bağlantılar mövcud ola bilər. Biz hər hansı üçüncü tərəf veb-saytı və ya xidmətlərindəki məzmun, məlumatın düzgünlüyü, məxfilik siyasətləri və ya ifadə edilmiş təcrübə yaxud fikirlərə nəzarət etmir və onlarla bağlı məsuliyyət daşımırıq. Bundan əlavə, bizim hər hansı üçüncü tərəfin veb-saytının və ya xidmətinin məzmununu yoxlamaq, senzura tətbiq etmək və ya düzəliş etmək öhdəliyimiz yoxdur və biz bunu etmirik. Hər hansı üçüncü tərəf veb-saytı və ya xidmətinə girişiniz və ya onlardan istifadəniz nəticəsində yaranan hər hansı risk üçün bizim məsuliyyət daşımadığımızı qəbul edir və bununla razılaşırsınız. Biz Xidmətlərdən çıxdığınızda və daxil olduğunuz və ya istifadə etdiyiniz hər bir üçüncü tərəf veb-saytı və ya xidmətinin istifadə şərtləri və məxfilik siyasətini oxumanızı tövsiyə edirik.
8.4 Sizin kommunikasiyalar, ödənişlər, məhsuldarlıq və çatdırılmalar daxil olmaqla, Xidmətlərdən istifadənin nəticəsi olaraq başqa istifadəçilər, başqa hüquqi və ya fiziki şəxslərlə, o cümlədən malların satışı üzrə tərəfdaşlarla (lakin onlarla məhdudlaşmayaraq) qarşılıqlı əlaqələriniz yalnız siz və bu üçüncü tərəf arasında olur; lakin bu şərtlə ki, biz bu əlaqələrə müdaxilə etmək hüququnu özümüzdə saxlayır, amma bu cür öhdəliyi üzərimizə götürmürük. Bu üçüncü tərəflərin hər hansı biri ilə hər hansı qarşılıqlı əlaqə qurmazdan öncə lazımlı və ya uyğun hesab etdiyiniz araşdırmaları aparmalı və/yaxud peşəkar məsləhət almalısınız. Siz bu qarşılıqlı əlaqələr nəticəsində yaranan hər hansı itki və ya ziyan üçün bizim məsuliyyət daşımadığımızı qəbul edir və bununla razılaşırsınız. Siz həmçinin bizim bu qarşılıqlı əlaqələr nəticəsində yaranan hər hansı öhdəlik üçün məsuliyyət daşımadığımız ilə razılaşırsınız.
8.5 Xidmətlər vasitəsilə satın alınan məhsullar üçün ödəniş etmək öhdəliyinin pozulması məqsədilə "Temu" məzmunu xaricində üçüncü tərəflərdən sadalanan malların satılmasının və ya ödənilməsinin təmin edilməsi bu Şərtlərin köklü pozuntusunu təşkil edir.
9. Versiya
9.1 Biz "Temu" istifadəçiləri arasında yarana biləcək hər hansı iddia və ya mübahisələrə görə məsuliyyət daşımadığımızı açıq şəkildə bəyan edirik. Sizinlə digər istifadəçi və ya "Temu"dakı hər hansı üçüncü tərəf arasında mübahisə yarandığı təqdirdə, bizim bu mübahisəyə müdaxilə etmək öhdəliyimiz yoxdur. Qüvvədə olan qanunların icazə verdiyi maksimal dərəcədə, siz bizi, ana şirkətlərimizi, törəmə şirkətlərimizi, filiallarımızı, direktorlarımızı, məmurlarımızı, əməkdaşlarımızı, agentlərimizi və varislərimizi bu cür mübahisələr nəticəsində və ya hər hansı şəkildə onlarla əlaqəli olaraq yaranan hər cür və ya hər formada, məlum və ya naməlum, şübhəli və ya şübhəsiz, açıqlanmış və ya açıqlanmamış iddialardan, tələblərdən və zərərlərdən azad edirsiniz.
BU VERSİYANIN QƏBUL EDİLMƏSİ İLƏ İZ BU VERSİYANIN ƏHATƏ DAİRƏSİNİ YALNIZ BU ÖHDƏLİYİ QƏBUL ETDİYİNİZ ZAMAN XEYRİNİZƏ MÖVCUD OLDUĞUNU BİLDİYİNİZ VƏ YA ŞÜBHƏ ETDİYİNİZ İDDİALARLA MƏHDUDLAŞDIRA BİLƏCƏK HƏR HANSI MÜDAFİƏ VASİTƏLƏRİNDƏN (İSTƏR QANUNVERİCİLİKLƏ NƏZƏRDƏ TUTULMUŞ, İSTƏRSƏ DƏ DİGƏR) AÇIQ ŞƏKİLDƏ İMTİNA EDİRSİNİZ.
10. Satınalmalar
10.1 Siz məhsulu satın almazdan öncə məhsul barədə məlumat siyahısını tam oxumaq üçün məsuliyyət daşıyırsınız. Satınalmanızı təsdiq etməklə bütün müvafiq rüsumlar, vergilər, daşınma xərcləri və satınalma ilə bağlı başqa razılaşdırılmış ödənişləri ödəməyə razılıq verirsiniz. Bundan əlavə, qüvvədə olan qanunun icazə verdiyi dərəcədə, sizə bağlamanın təyinat ölkəsinə çatdırılmasından sonra ödənilməli olan idxal rüsumları və vergiləri tətbiq edilə biləcəyini qəbul edirsiniz. Gömrüklə bağlı hər hansı əlavə xərclər sizin tərəfinizdən ödənilməlidir və bizim bu xərclərlə bağlı heç bir öhdəliyimiz yoxdur. Siz sifariş yerləşdirdikdə və sifariş sizə göndərildikdə, məhsul daşıyıcıya təqdim edilən zaman məhsulla bağlı hüquqlar sizə keçir. Siz razılaşırsınız ki, tətbiq edilə bildiyi hallarda, satın alınan məhsullar üzrə idxalçı hesab edilirsiniz və məhsulları qəbul etdiyiniz ölkənin bütün qanunlarına və normativ aktlarına əməl etməlisiniz. Sözügedən məbləğləri ödəməməyiniz nəticəsində məhsulun gecikməsinə və ya gömrük rəsmiləşdirilməsindən imtina edilməsinə görə biz məsuliyyət daşımırıq.
10.2 Məhsullara aid məlumatlar (məsələn, qiymət, məhsul təsvirləri, mövcudluğu, çatdırılma seçimləri və təxmini çatdırılma müddətləri) Temu-da məhsulların siyahısı səhifəsində əks olunub. Temu platformasında dəqiq məlumat təqdim etməyə çalışsaq da, məhsul məlumatları ilə bağlı orfoqrafik xətalar, qeyri-dəqiqliklər və ya buraxılmış məlumatlar ola bilər. Tətbiq edilən qanunvericiliyə tabe olmaqla və bu Şərtlərdə başqa hal nəzərdə tutulmayıbsa, Temu platformasındakı hər hansı məhsul məlumatı qeyri-dəqiq olduqda, məhsul göndərilməzdən əvvəl sözügedən məlumatları düzəltmək, dəyişdirmək və ya onlara düzəliş etmək, yaxud sifarişləri və ya sifarişlərin müəyyən hissələrini ləğv etmək hüququmuz var. Belə bir hal baş verdikdə, təlimat almaq üçün sizinlə əlaqə saxlaya bilərik və ya sözügedən ləğv barədə sizi məlumatlandırıb, bu ləğvə görə geri ödəniş edə bilərik. Qanunla müəyyən edilmiş hüquqlarınıza xələl gətirmədən və Xidmətlərdə başqa hal nəzərdə tutulmayıbsa, siz sifarişiniz çatdırılma üçün qablaşdırılana qədər istənilən vaxt, heç bir ödəniş etmədən və əvvəlcədən xəbərdarlıq etmədən onu ləğv edə və bu ləğvə görə geri ödəniş ala bilərsiniz. Məhsul göndərilmək üçün artıq qablaşdırılmış olsa belə, siz onu təhvil aldıqdan sonra geri qaytara və belə geri qaytarmağa görə geri ödəniş ala bilərsiniz. Sifarişlərin ləğv edilməsi, məhsulların geri qaytarılması və geri ödəniş barədə ətraflı məlumat üçün Dəstək Mərkəzimizə və Geri Qaytarma və Geri Ödəniş Siyasətimizə baxın.
10.3 Sifarişinizi yerləşdirməzdən əvvəl maraqlandığınız məhsula aid bütün təsvirləri və məhdudiyyətləri diqqətlə yoxlayın. Satın almaq istədiyiniz məhsulun sizə təsir göstərməsinə və ya bu məhsuldan təsirlənmənizə səbəb ola biləcək hər hansı xüsusi vəziyyətiniz (məsələn, tibbi və ya sağlamlıq vəziyyəti və/yaxud xüsusi ehtiyac) olduqda, sifarişinizi yerləşdirməzdən əvvəl ixtisaslı mütəxəssis və ya səhiyyə xidməti təminatçısı ilə məsləhətləşmək bütövlükdə sizin məsuliyyətinizdir.
10.4 Biz "Temu"da təklif edilən məhsulların rənginin mümkün qədər real olmasını təmin etmək üçün əlimizdən gələni edirik. Bununla belə, cihazınızda hər hansi bir rəngin əks olunmasının satın almaq üçün seçdiyiniz məhsulun real rəngini tam dəqiq əks etdirəcəyinə zəmanət verə bilmərik.
10.5 Tətbiq edilən qanunvericiliyə tabe olmaqla, siz məhsulların aşağıdakı şərtlərə cavab verdiyi təqdirdə, onların əməliyyata və ya nəzərdə tutulan satınalmaya uyğun olduğunu qəbul edirsiniz: (i) "Temu"da verilmiş təsvirə uyğun olduqda və "Temu"da təqdim olunan keyfiyyətdə olduqda; (ii) bu cür məhsulların adətən istifadə olunduğu məqsədlərə uyğun olduqda; və (iii) eynicinsli məhsullarda normal olan və əsaslı şəkildə gözlənilə bilən keyfiyyət və performansa malik olduqda.
10.6 Sifarişinizi yerləşdirməzdən əvvəl sizə çatdırılma üsulunu seçmək və sifarişinizin təxmini çatdırılma tarixi barədə məlumat almaq imkanı verilə bilər. Siz yurisdiksiyanızda mövcud ödəniş üsulları arasından seçim edə biləcəksiniz. Satınalma həyata keçirmək üçün istifadə etmək səlahiyyətiniz olan, etibarlı bir ödəniş üsuluna (məsələn, kredit kartına) dair dəqiq və tam ödəniş məlumatlarını təqdim etməlisiniz. Siz ödəniş üsulunuzda baş verən bütün dəyişiklikləri dərhal Hesabınızda yeniləməlisiniz. ÖDƏNİŞ ÜSULU ÜÇÜN MƏLUMAT TƏQDİM ETMƏKLƏ VƏ KONKRET SATINALMANI DAVAM ETDİRMƏKLƏ, SİZ BİZƏ, FİLİALLARIMIZA, AGENTLƏRİMİZƏ VƏ YA ÖDƏNİŞ İCRAÇILARIMIZA AŞAĞIDAKILAR ÜÇÜN SÖZÜGEDƏN ÖDƏNİŞ ÜSULU VASİTƏSİLƏ ÖDƏNİŞLƏRİ ALMAQ SƏLAHİYYƏTİ VERİRSİNİZ: (A) SATIN ALMAQ İSTƏDİYİNİZ SPESİFİK MƏHSULLAR ÜÇÜN ÖDƏNİLMƏLİ OLAN MƏBLƏĞLƏR; (B) SATINALMANIZ İLƏ BAĞLI HƏR HANSI VƏ BÜTÜN TƏTBİQ EDİLƏN RÜSUMLAR, SATIŞ VERGİSİ, ƏDV, GÖMRÜK İLƏ BAĞLI RÜSUMLAR, VERGİLƏR VƏ HAQLAR, ÇATDIRILMA XƏRCLƏRİ VƏ RAZILAŞDIRILMIŞ DİGƏR HAQLAR; VƏ (C) ÖDƏNİŞ SİZİN TƏRƏFİNİZDƏN TƏSDİQLƏNMƏZDƏN ƏVVƏL XÜLASƏ ŞƏKLİNDƏ TƏQDİM OLUNDUĞU KİMİ, XİDMƏTLƏRDƏN İSTİFADƏNİZLƏ ƏLAQƏDAR YARANAN DİGƏR HƏR HANSI XƏRCLƏR. MÜVAFİQ SİYASƏTLƏRDƏ XÜSUSİLƏ QEYD EDİLƏN HALLAR İSTİSNA OLMAQLA, SİZİN ÖDƏNİŞLƏRİNİZ GERİ QAYTARILAN DEYİL. Tətbiq edilən qanunvericiliyin icazə verdiyi hər hansı bir səbəbdən, o cümlədən dələduzluq şübhəsi, çirkli pulların yuyulmasına qarşı mübarizə və sanksiyalara əməl olunması halları daxil olmaqla, yaxud əməliyyatınızın bu Şərtləri pozduğuna və ya bizə, yaxud hər hansı üçüncü tərəfə risk yaratdığına əsaslı şəkildə inandığımız təqdirdə, əməliyyatınızı qəbul etməyə, dondura və ya saxlaya bilərik.
10.7 Ödəniş icraçıları "Temu" vasitəsilə etdiyiniz satınalmalar üçün sizdən xidmət haqqı tuta bilər. Ödəniş icraçısı tərəfindən təqdim edilən ödəniş emalı xidmətlərindən istifadəniz, vaxtaşırı dəyişdirilə biləcəyi kimi, həmin ödəniş icraçısı ilə bağladığınız müqaviləyə əsaslana bilər. Ödəniş xidmətlərindən istifadə şərti kimi siz dəqiq və tam məlumat təmin etməli və bizə bu məlumatı ödəniş icraçısı ilə paylaşmaq səlahiyyəti verməlisiniz.
10.8 Sifarişin ümumi məbləği üzrə ödənişiniz qəbul edildiyi andan etibarən ödəniş öhdəlikləriniz tam həcmdə icra edilmiş sayılır.
11. Geri ödənişlər, dəyişmələr və əlaqədar məsələlər
11.1 Biz sizə məhsulların satın alınması ilə əlaqədar ödəniş, geri qaytarma, geri ödəniş və digər məsələlərdə müştəri xidmətləri dəstəyi göstəririk.
11.2 Biz Xidmətlər vasitəsilə etdiyiniz satınalmalardan razı qalmağınızı istəyirik. "Temu"da satın alınan bütün məhsullar üçün sizə geri qaytarma və geri ödəniş imkanı verilə bilər. Geri qaytarma və geri ödənişlə bağlı ətraflı məlumat almaq üçün Geri Qaytarma və Geri Ödəniş Siyasətimizə baxın. Geri ödəniş əldə etmək istəyirsinizsə, siyasətdəki təlimatlara əməl edin. Siz Geri Qaytarma və Geri Ödəniş Siyasətimizə əsasən, sizə geri ödəniş edə biləcəyimizi qəbul edir və bununla razılaşırsınız.
12. Mükafatlar
12.1 Siz Xidmətlərdən istifadə əsnasında kredit, kupon, nağd pul, hədiyyə və ya başqa mükafatlar (birlikdə “Mükafatlar”) ala bilərsiniz. Bəzi mükafatlardan yalnız Xidmətlərdə və ya onlar vasitəsilə münasib satınalmalar (lakin nəzərə alın ki, məhsulların hamısı münasib olmaya bilər) üçün endirim əldə etmək və ya ödəniş etmək məqsədilə istifadə edilə bilər və qüvvədə olan qanunlarla tələb edilən yurisdiksiyalardan başqa heç yerdə nağd pula dəyişdirilə bilməz. Siz müxtəlif mükafat növləri ilə bağlı məlumatı və tətbiq edilən qaydaları diqqətlə oxumalısınız. Mükafatları tənzimləyən şərtlər ilə bu Şərtlər arasında hər hansı ziddiyyət yaranacağı təqdirdə, Mükafatların xüsusi şərtləri rəhbər tutulacaq.
13. Əlaqələrimizin bitirilməsi
13.1 Siz istənilən zaman Xidmətlərdən istifadəni dayandıra bilərsiniz. Biz həmçinin bu Şərtləri pozmağınız daxil olmaqla, hər hansı qanuni səbəbdən Xidmətlərdən və ya Hesabınızdan istifadənizə xitam vermək və ya onu dayandırmaq hüququmuz var. Siz bu Şərtlərdə qeyd edilən hər hansı məhdudiyyəti pozmanız barədə müstəsna qərar qəbul etmək hüququmuzun olduğunu qəbul edir və bununla razılaşırsınız. Sizin Xidmətlərdən istifadəniz ləğv edildikdən yaxud dayandırıldıqdan sonra belə bu Şərtlər sizə tətbiq edilməyə davam edəcək və sizin bizə ödəməli olduğunuz bütün ödənilməmiş məbləğlər ödənilməli olacaq.
13.2 Hesabınız hər hansı səbəbdən ləğv edilərsə, Hesabınızla bağlı bütün Məzmun və Mükafatlar geri alınacaq və ləğv ediləcək. Siz bu ləğvetmənin qüvvəyə minməsindən öncə qalan hər hansı Mükafatlarınızdan istifadə etməyə çalışmalısınız.
13.3 Bu Şərtlərdəki mahiyyəti səbəbindən qüvvədə qalmalı olan bütün müddəalar, o cümlədən, lakin bunlarla məhdudlaşmadan sahiblik, zəmanətdən imtina və məsuliyyət məhdudiyyətləri barədə müddəalar bu Şərtlərə xitam verilməsindən sonra da qüvvədə qalmalıdır.
14. ZƏMANƏTDƏN İMTİNA
14.1 TƏTBİQ EDİLƏN QANUNVERİCİLİYİN İCAZƏ VERDİYİ MAKSİMAL HƏDDƏ, BİZ XİDMƏTLƏRƏ, HƏR HANSI MƏZMUNA VƏ YA XİDMƏTLƏR VASİTƏSİLƏ YA DA XİDMƏTLƏRDƏ TƏKLİF OLUNAN VƏ YA SATIN ALINAN HƏR HANSI MƏHSULA DAİR AŞKAR VƏ YA DOLAYI OLMAQLA HƏR HANSI NÖV BƏYANAT VƏ YA ZƏMANƏTLƏRDƏN, O CÜMLƏDƏN MƏHDUDİYYƏT QOYULMADAN MƏHSULLARIN VƏZİYYƏTİ, KEYFİYYƏTİ, DAVAMLILIĞI, İŞLƏMƏ QABİLİYYƏTİ, DƏQİQLİYİ, ETİBARLILIĞI, YARARLILIĞI, MÜƏYYƏN BİR MƏQSƏDƏ UYĞUNLUĞU VƏ YA HÜQUQLARI POZMASI İLƏ BAĞLI HƏR HANSI ZƏMANƏTLƏRDƏN, YAXUD MƏZMUNUN DƏQİQLİYİ, DÜZGÜNLÜYÜ, TAMLIĞI VƏ YA QANUNİLİYİ İLƏ BAĞLI HƏR HANSI ZƏMANƏTLƏRDƏN AÇIQ ŞƏKİLDƏ İMTİNA EDİRİK. BÜTÜN BU CÜR ZƏMANƏTLƏR, TƏMİNATLAR VƏ ÖHDƏLİKLƏR BURADA XÜSUSİLƏ İSTİSNA EDİLİR. XİDMƏTLƏRDƏN VƏ YA ONLAR VASİTƏSİLƏ ŞİFAHİ VƏ YA YAZILI YOLLA ƏLDƏ EDİLƏN HEÇ BİR KOMMUNİKASİYA VƏ YA MƏLUMAT BURADA XÜSUSİLƏ QEYD EDİLMƏYƏN HEÇ BİR ZƏMANƏTƏ ƏSAS VERMƏMƏLİDİR. BUNDAN ƏLAVƏ, BİZ XİDMƏTLƏRDƏ VƏ YA ONLAR VASİTƏSİLƏ TƏKLİF EDİLƏN VƏ YA SATIN ALINAN MƏHSULLARA DAİR TƏKLİFLƏR VƏ YA TÖVSİYƏLƏRLƏ BAĞLI HEÇ BİR TƏMİNAT VƏ YA ZƏMANƏT TƏQDİM ETMİRİK. XİDMƏTLƏRDƏN SATIN ALINAN MƏHSULLARLA BAĞLI GERİ QAYTARMA VƏ GERİ ÖDƏNİŞ SİYASƏTİMİZƏ BU BÖLMƏ 14 HEÇ BİR ŞƏKİLDƏ TƏSİR ETMİR.
14.2 SİZİN XİDMƏTLƏRDƏN, ELƏCƏ DƏ XİDMƏTLƏRDƏN YAXUD ONLAR VASİTƏSİLƏ TƏKLİF EDİLƏN VƏ SATIN ALINAN HƏR HANSI MƏHSULDAN İSTİFADƏNİZLƏ BAĞLI RİSKLƏR SİZƏ AİDDİR. QÜVVƏDƏ OLAN QANUNUN İCAZƏ VERDİYİ MAKSİMAL DƏRƏCƏDƏ VƏ BURADA ƏKSİ XÜSUSİLƏ QEYD EDİLMƏDİYİ HALDA, XİDMƏTLƏR, ELƏCƏ DƏ XİDMƏTLƏRDƏN VƏ YA ONLAR VASİTƏSİLƏ TƏKLİF EDİLƏN VƏ SATIN ALINAN MƏHSULLAR VƏ SİZƏ TƏQDİM EDİLƏN MƏZMUN BÜTÜN XƏTALARI İLƏ VƏ HEÇ BİR ZƏMANƏTƏ TABE OLMADAN “OLDUĞU KİMİ” VƏ “ƏLÇATANLIQ” ƏSASINDA TƏQDİM EDİLİR.
14.3 SİZ QƏBUL EDİR VƏ RAZILAŞIRSINIZ Kİ, MÜVAFİQ QANUNVERİCİLİKLƏ İCAZƏ VERİLƏN MAKSİMUM DƏRƏCƏDƏ "TEMU"NUN TƏRƏFLƏRİ (BÖLMƏ 16.1-DƏ QEYD EDİLDİYİ KİMİ) XARİCİ SAYTLARIN OPERATORLARI DAXİL OLMAQLA, ÜÇÜNCÜ TƏRƏFLƏRİN DAVRANIŞLARI ÜÇÜN MƏSULİYYƏT DAŞIMIR VƏ SİZ "TEMU" TƏRƏFLƏRİNİ BUNUN ÜÇÜN MƏSUL HESAB ETMƏYƏCƏKSİNİZ VƏ BU CÜR ÜÇÜNCÜ TƏRƏFLƏRİN SƏBƏB OLDUĞU ZİYAN RİSKİ YALNIZ SİZİN TƏRƏFİNİZDƏN ARADAN QALDIRILMALIDIR. BİZ AŞAĞIDAKILARLA BAĞLI HEÇ BİR VƏDLƏR ETMİR VƏ BÜTÜN ÖHDƏLİKLƏRDƏN XÜSUSİLƏ İMTİNA EDİRİK: (1) ÜÇÜNCÜ TƏRƏF TƏRƏFİNDƏN SİZİN XİDMƏTLƏRDƏ YAXUD XİDMƏTLƏR VASİTƏSİLƏ ÇIXIŞ ƏLDƏ ETDİYİNİZ MƏHSULLAR, XİDMƏTLƏR, MƏLUMAT, PROQRAMLAMA VƏ/YAXUD BAŞQA HƏR HANSI BİR ŞEY; VƏ YA (2) ÜÇÜNCÜ TƏRƏFİN XİDMƏTLƏRDƏN İSTİFADƏNİZ ƏSNASINDA QARŞILAŞDIĞINIZ XÜSUSİYYƏTİ VƏ YA DAVRANIŞI.
14.4 SİZ QƏBUL EDİR VƏ RAZILAŞIRSINIZ Kİ, QÜVVƏDƏ OLAN QANUNVERİCİLİKLƏ İCAZƏ VERİLƏN MAKSİMAL DƏRƏCƏDƏ XİDMƏTLƏRDƏN İSTİFADƏNİZ, O CÜMLƏDƏN XİDMƏTLƏRİN BAŞQA İSTİFADƏÇİLƏRİ İLƏ QARŞILIQLI ƏLAQƏLƏRİNİZLƏ BAĞLI BÜTÜN MƏSULİYYƏTİ ÖZ ÜZƏRİNİZƏ GÖTÜRÜRSÜNÜZ VƏ XİDMƏTLƏRDƏN İSTİFADƏNİZ ZAMANI GÖNDƏRDİYİNİZ VƏ YA QƏBUL ETDİYİNİZ HƏR HANSI MƏLUMAT TƏHLÜKƏSİZ OLMAYA VƏ SƏLAHİYYƏTSİZ TƏRƏFLƏR TƏRƏFİNDƏN ƏLƏ KEÇİRİLƏ BİLƏR. SİZ RAZILAŞIRSINIZ Kİ, QÜVVƏDƏ OLAN QANUNVERİCİLİKLƏ İCAZƏ VERİLƏN MAKSİMAL DƏRƏCƏDƏ BİZ XİDMƏTLƏRDƏN ƏLDƏ ETDİYİNİZ VƏ YA YÜKLƏDİYİNİZ HƏR HANSI MATERİALLAR SƏBƏBİNDƏN MÜLKİYYƏTİNİZƏ VƏ YA MƏLUMATLARINIZA DƏYƏN HƏR HANSI ZİYAN VƏ YA ZƏRƏR ÜÇÜN MƏSULİYYƏT DAŞIMIRIQ.
14.5 SİZ XİDMƏTLƏRDƏ VƏ YA ONLAR VASİTƏSİLƏ ƏLDƏ EDİLƏN HƏR HANSI MƏLUMATA ETİBAR ETSƏNİZ, BUNU ÖZ RİSKLƏRİNİZİ GÖZƏ ALARAQ ETMƏLİSİNİZ. TƏTBİQ EDİLƏN QANUNVERİCİLİYİN İCAZƏ VERDİYİ MAKSİMAL HƏDDƏ, SÖZÜGEDƏN MƏLUMATLARIN VƏ YA İNFORMASİYANIN İSTİFADƏSİNDƏN İRƏLİ GƏLƏN HƏR HANSI ZƏRƏRƏ VƏ YA İTKİYƏ GÖRƏ ŞƏXSƏN SİZ MƏSULİYYƏT DAŞIYIRSINIZ.
15. MƏSULİYYƏT MƏHDUDİYYƏTİ
15.1 QÜVVƏDƏ OLAN QANUNUN İCAZƏ VERDİYİ MAKSİMAL DƏRƏCƏDƏ HEÇ BİR ŞƏRT VƏ HƏC BİR HÜQUQİ NƏZƏRİYYƏ ALTINDA (O CÜMLƏDƏN, LAKİN BUNLARLA MƏHDUDLAŞMADAN, MÜLKİ HÜQUQ, MÜQAVİLƏ, CİDDİ MƏSULİYYƏT VƏ YA BAŞQA) (A) HƏR HANSI DOLAYI, TƏSADÜFİ, XÜSUSİ, NÜMUNƏVİ VƏ YA DAĞIDICI ZİYAN, O CÜMLƏDƏN MƏLUMAT, MƏNFƏƏT, GƏLİR VƏ YA İXTİYAR İTKİSİ, NÜFUZUN XƏLƏL GÖRMƏSİ, BİZNESİN DAYANDIRILMASI, NƏTİCƏLƏRİN DƏQİQLİYİ YAXUD XİDMƏTLƏR NƏTİCƏSİNDƏ VƏ YA ONLARLA BAĞLI YARANAN KOMPÜTER XƏTALARI VƏ YA NASAZLIQLARI YAXUD (B) SİZİN XİDMƏTLƏRDƏN İSTİFADƏNİZ, O CÜMLƏDƏN, LAKİN BUNLARLA MƏHDUDLAŞMADAN XİDMƏTLƏRƏ ÇIXMAQ VƏ YA İSTİFADƏ ETMƏK YAXUD XİDMƏTLƏRDƏN YAXUD ONLAR VASİTƏSİLƏ TƏKLİF EDİLƏN MƏHSULLARI SATIN ALMAQ VƏ YA İSTİFADƏ ETMƏK İMKANSIZLIĞINIZ (BİZ VƏ YA HƏR HANSI BAŞQA ŞƏXSLƏR BU CÜR ZİYANIN YARANMA EHTİMALINI ƏVVƏLCƏDƏN ANLAMIŞ VƏ YA BİLDİRMİŞ OLDUQDA BELƏ) ÜÇÜN "TEMU" TƏRƏFLƏRİ SİZ VƏ YA HƏR HANSI BAŞQA QARŞISINDA MƏSULİYYƏTİ OLMALIDIR. YUXARIDA QEYD EDİLƏN ÖHDƏLİYİN MƏHDUDLAŞDIRILMASI (I) BİZİM KOBUD EHTİYATSIZLIĞIMIZ SƏBƏBİNDƏN BAŞ VERƏN ÖLÜM VƏ YA FİZİKİ XƏSARƏT; YAXUD (II) BİZİM DƏLƏDUZLUĞUMUZ VƏ YA SAXTA TƏHRİFİMİZ SƏBƏBİNDƏN BAŞ VERƏN HƏR HANSI XƏSARƏTLƏ BAĞLI "TEMU" TƏRƏFİNİN ÖHDƏLİYİNƏ AİD EDİLMƏMƏLİDİR.
15.2 BU İMTİNA QANUNLA İCAZƏ VERİLƏN MAKSİMAL DƏRƏCƏDƏ VƏ MƏHDUDİYYƏTSİZ OLARAQ HƏR HANSI İŞ XƏTASI, XƏTA, BURAXILMA, MANEƏ, SİLİNMƏ, QÜSUR, ƏMƏLİYYAT VƏ YA ÖTÜRMƏLƏRDƏ GECİKMƏ, KOMPÜTER VİRUSU, FAYL ZƏDƏLƏNMƏSİ, RABİTƏ XƏTLƏRİNDƏ ZƏDƏLƏNMƏ, ŞƏBƏKƏ VƏ YA SİSTEMİN İŞİNİN DAYANMASI, HƏR HANSI QEYD VƏ YA MƏLUMATLARIN OĞURLANMASI, MƏHV EDİLMƏSİ, SƏLAHİYYƏTSİZ ƏLƏ KEÇİRİLMƏSİ, DƏYİŞDİRİLMƏSİ, İTİRİLMƏSİ VƏ YA İSTİFADƏSİ NƏTİCƏSİNDƏ YARANAN HƏR HANSI ZİYAN VƏ YA FİZİKİ XƏSARƏTƏ VƏ HƏR HANSI BAŞQA MADDİ VƏ YA QEYRİ-MADDİ İTKİYƏ TƏTBİQ EDİLİR.
15.3 SİZ XÜSUSİLƏ QƏBUL EDİR VƏ RAZILAŞIRSINIZ Kİ, BİZ HƏR HANSI XİDMƏT İSTİFADƏÇİSİNİN İFTİRA, TƏHQİREDİCİ, YAXUD QEYRİ-QANUNİ DAVRANIŞI ÜÇÜN MƏSULİYYƏT DAŞIMAMALIYIQ.
15.4 QÜVVƏDƏ OLAN QANUNVERİCİLİKLƏ İCAZƏ VERİLƏN MAKSİMAL DƏRƏCƏDƏ HEÇ BİR HALDA "TEMU" TƏRƏFLƏRİNİN SİZİN QARŞINIZDA ÖHDƏLİYİ OLAN MƏBLƏĞİNİN CƏMİ AŞAĞIDAKILARI AŞMAMALIDIR: (A) BU CÜR ÖHDƏLİYİN YARANMASINA SƏBƏB OLAN HƏRƏKƏT, ÖTÜRMƏ VƏ YA HADİSƏDƏN ÖNCƏKİ BİR AY ƏRZİNDƏ SİZƏ ÖDƏDİYİMİZ ÜMUMİ MƏBLƏĞ; (B) $100,00; VƏ YA (C) BU CÜR İDDİANIN QALDIRILDIĞI QANUNUN TƏYİN ETDİYİ ÖDƏNİŞ, YAXUD CƏRİMƏ MƏBLƏĞİ. YUXARIDA QEYD EDİLƏN MƏSULİYYƏT HƏDDİ "TEMU" TƏRƏFİNİN (I) BİZİM AŞKAR ETİNASIZLIĞIMIZ SƏBƏBİNDƏN BAŞ VERƏN ÖLÜM VƏ YA FİZİKİ XƏSARƏT; YAXUD (II) BİZİM SAXTAKARLIĞIMIZ VƏ YA SAXTA TƏHRİFİMİZ SƏBƏBİNDƏN BAŞ VERƏN HƏR HANSI XƏSARƏTLƏ BAĞLI MƏSULİYYƏTİNƏ TƏTBİQ EDİLMƏMƏLİDİR. ƏVVƏLKİ CÜMLƏ REAL ZİYANIN SÜBUTUNU SİZDƏN TƏLƏB ETMƏ EHTİMALINI İSTİSNA ETMİR.
15.5 MÜƏYYƏN YURİSDİKSİYALARDA MÜƏYYƏN ZİYAN YAXUD NƏZƏRDƏ TUTULAN ZƏMANƏTİN İSTİSNA EDİLMƏSİ VƏ YA MƏHDUDLAŞDIRILMASINA İCAZƏ VERİLMİR. BU QANUNLARIN SİZƏ TƏTBİQ EDİLDİYİ HALDA, YUXARIDA QEYD EDİLƏN İSTİSNA YAXUD MƏHDUDİYYƏTLƏRİN HAMISI VƏ YA BİR QİSMİ SİZƏ TƏTBİQ EDİLMƏYƏ BİLƏR VƏ TƏTBİQ OLUNAN QANUNLARA UYĞUN OLARAQ, SİZİN BAŞQA HÜQUQLARINIZ OLA BİLƏR.
15.6 ZİYANLA BAĞLI YUXARIDA QEYD EDİLƏN MƏHDUDİYYƏTLƏR SİZİNLƏ BİZİM ARAMIZDA BAĞLANAN MÜQAVİLƏNİN MÜHÜM HİSSƏSİDİR.
16. Təzminat
16.1 Qüvvədə olan qanunvericiliklə icazə verilən maksimal dərəcədə siz bizi, anaşirkətlərimizi, törəmə şirkətlərimizi, filiallarımızı, direktorlarımızı, məmurlarımızı, nümayəndələrimizi, əməkdaşlarımızı, təchizatçılarımızı, lisenziyaçılarımızı və ortaqlarımızı (hər biri "Temu tərəfi" və birlikdə " Temu tərəfləri") aşağıdakılarla bağlı hər hansı üçüncü tərəfin iddialarından irəli gələn və ya onlarla əlaqədar yaranan hər hansı və bütün iddialardan, öhdəliklərdən, zərərlərdən, itkilərdən və xərclərdən (hüquq xidmətlərinin müqabilində ödənilən ağlabatan qonorarlar daxil olmaqla) azad edirsiniz: (a) İstifadəçi təqdimatları və ya üçüncü tərəfin Hesabınızdan istifadə edərək həyata keçirdiyi hərəkətlər daxil olmaqla, lakin bunlarla məhdudlaşmadan Xidmətlərdən istifadəniz; (b) bu Şərtləri pozmağınız; (c) hər hansı müəllif hüququ, mülkiyyət və ya məxfilik hüququ və ya hər hansı üçüncü tərəf müqaviləsi də daxil olmaqla, lakin bunlarla məhdudlaşmadan digər tərəfin hüquqlarını pozmağınız; və ya (d) hər hansı tətbiq olunan qanunları, qaydaları və ya təlimatları pozmağınız. Belə bir iddia, tələb və ya tədbir (hər biri "İddia") irəli sürüldükdə, Hesabınızla bağlı bizə məlum olan əlaqə məlumatı ilə İddia barədə bildiriş təqdim edəcəyik (yalnız bu bildiriş çatdırılmadığı halda sizin bu Şərtlərə əsaslanan təzminat hüquqlarınızın ləğv edilməməsi və ya azalmaması şərtilə).
16.2 Biz öz hesabımıza sizin tərəfinizdən təzminat ödənilməsinə tabe olan hər hansı məsələnin müstəsna müdafiəsini və nəzarətini üzərimizə götürmək hüququnu özümüzdə saxlayırıq və bu halda siz hər hansı mövcud müdafiə vasitələrinin tətbiqində bizimlə tam əməkdaşlıq edəcəksiniz.
16.3 Siz bu bölmədə qeyd edilən müddəaların Hesabınızın, bu Şərtlərin və/yaxud Xidmətlərə çıxışın dayandırılmasından sonra da qüvvədə qalacağı ilə razılaşırsınız.
17. Tətbiq mağazaları
17.1 Tətbiq lisenziyası. Bu Şərtlərə riayət etdiyiniz təqdirdə, biz sizə "Temu" mobil tədbiqinin (“Tətbiq”) nüsxəsinin yalnız şəxsi və ya qeyri-ticari istifadə üçün sizə məxsus olan və ya sizin nəzarət etdiyiniz cihazda və ya kompüterdə yüklənməsi, quraşdırılması və istifadə edilməsi üçün məhdud qeyri-eksklyuziv, ötürülə bilməyən, sublisenziyaya tabe olmayan, ləğv edilə bilən lisenziya veririk. Bundan əlavə "Apple App Store" mağazasından əldə edilən və ya yüklənən hər hansı Tətbiqə ("Apple App Store" mənbəli tətbiq") münasibətdə siz "Apple App Store" mənbəli tətbiqdən yalnız (a) OS sistemi ("Apple" şirkətinin mülkiyyəti olan əməliyyat sistemi) ilə işləyən "Apple" markalı məhsulda və (b) "Apple App Store" xidmət şərtlərində müəyyən edilmiş “İstifadə qaydaları” ilə icazə verildiyi qaydada istifadə edəcəksiniz. Bu Bölmənin birinci cümləsindən asılı olmayaraq, hər hansı "Apple App Store" Mənbəli Tətbiqə və ya "Google Play Store" vasitəsilə daxil olunmuş yaxud oradan yüklənmiş hər hansı tətbiqə (birlikdə – “Google Play" Mənbəli Tətbiq”) münasibətdə, müvafiq "Apple" və ya "Google" şərtlərinə və onlarla bağlı parametrlərinizə tabe olmaqla, "Apple" markalı Məhsullarda toplu satınalma yaxud ailə paylaşımı vasitəsilə və ya təyin olunmuş ailə qrupunuz daxilində paylaşım əsasında Tətbiqə daxil olmaq və ondan istifadə etmək baxımından əlavə hüquqlarınız ola bilər.
17.2 "App Store" mağazaları. Siz Tətbiq və Xidmətlərin əlçatanlığının Tətbiq lisenziyasını aldığınız üçüncü tərəfdən, məsələn, "Apple App Store" və ya "Google Play Store" mağazasından (hər biri “App Store”) asılı olduğunu qəbul edir və bununla razılaşırsınız. Siz bu Şərtlərin "App Store" deyil, sizinlə bizim aramızda olduğunu qəbul edirsiniz. Xidmətlər, o cümlədən Tətbiq, onun məzmunu, texniki xidməti, dəstək xidmətləri və zəmanəti və onunla bağlı hər hansı iddiaların (məs., məhsul ilə bağlı öhdəlik, qanunlara uyğunluq və ya əqli mülkiyyətin pozulması) ünvanlandırılması üçün "App Store" deyil, yalnız biz məsuliyyət daşıyırıq. Tətbiqdən istifadə etmək üçün naqilsiz şəbəkəyə çıxışınız olmalı və bu cür çıxışla bağlı bütün xidmət haqlarını ödəməyə razılaşmalısınız. Həmçinin siz Tətbiq də daxil olmaqla, Xidmətlərlə əlaqədar "App Store" tərəfindən tutulan bütün komissiyaları (əgər varsa) ödəməyə razılaşırsınız. Siz Tətbiq də daxil olmaqla hər hansı Xidmətdən istifadə edərkən müvafiq "App Store" tərəfindən tətbiq edilən müqavilənin bütün şərtlərinə riayət etməyə razılaşırsınız və sizin Tətbiqdən istifadə lisenziyanız bu şərtlərə tabedir. Siz "App Store" mağazasının (və onun törəmələrinin) Şərtlərin üçüncü tərəf benefisiarları olduğu və onu tətbiq etmək hüququna malik olacaqlarını qəbul edirsiniz.
17.3 Tətbiqin "Apple App Store" mağazasından əldə edilməsi və yüklənməsi. Aşağıdakılar "Apple App Store" mağazasından əldə edilən və ya yüklənən hər hansı "Apple App Store" mənbəli tətbiqə aiddir:
(1) Siz (i) Şərtlərin "Apple" deyil, yalnız sizinlə bizim aramızda olduğunu və (ii) "App Store" mənbəli tətbiq və onun məzmununa görə "Apple" deyil, yalnız bizim məsuliyyət daşıdığımızı qəbul edir və razılaşırsınız. "Apple App Store" mənbəli tətbiqdən istifadəniz "Apple App Store" xidmət şərtlərinə uyğun olmalıdır.
(2) Siz "Apple" şirkətinin "Apple App Store" mənbəli tətbiqlə bağlı hər hansı texniki xidmət və dəstək xidmətləri göstərmək öhdəliyi olmadığını qəbul edirsiniz.
(3) "Apple App Store" mənbəli tətbiqin hər hansı müvafiq zəmanət şərtlərinə əməl etməməsi halında, siz "Apple" şirkətinə məlumat verə bilərsiniz və "Apple" şirkəti "Apple App Store" mənbəli tətbiqin satınalma qiymətini sizə qaytaracaq və müvafiq qanunun icazə verdiyi maksimum dərəcədə "Apple" şirkəti "Apple App Store" mənbəli tətbiqlə bağlı başqa heç bir zəmanət öhdəliyinə malik olmayacaqdır. Biz və "Apple" arasında olduğu kimi, hər hansı zəmanət şərtlərinə əməl edilməməsi ilə bağlı hər hansı digər iddialar, itkilər, öhdəliklər, zərərlər, xərclər və ya məsrəflər yalnız bizim öhdəliyimiz olacaq.
(4) Siz və biz, biz və "Apple" arasında olduğu kimi, "Apple" şirkətinin aşağıdakılar daxil olmaqla, lakin bunlarla məhdudlaşmadan "Apple App Store" mənbəli tətbiqlə və ya "Apple App Store" mənbəli tətbiqə sahib olmanız və ondan istifadənizlə bağlı sizin iddialarınıza və ya üçüncü tərəfin hər hansı iddialarına cavab vermək üçün məsuliyyət daşımadığını qəbul edirsiniz: (i) məhsulla bağlı öhdəlik iddiaları; (ii) "Apple App Store" mənbəli tətbiqin hər hansı müvafiq qanuni və ya tənzimləyici tələblərə cavab verməməsi ilə bağlı hər hansı iddia; və (iii) istehlakçıların hüquqlarının müdafiəsi, məxfilik və ya oxşar qanunvericilikdən irəli gələn iddialar.
(5) Siz və biz qəbul edirik ki, "Apple App Store" mənbəli tətbiqinin və ya sizin həmin "Apple App Store" mənbəli tətbiqə sahib olmanızın və ondan istifadənizin bizimlə "Apple" arasında olduğu kimi üçüncü tərəfin əqli mülkiyyət hüquqlarını pozduğuna dair hər hansı üçüncü tərəf iddiası irəli sürüldükdə, bu Şərtlərin tələb etdiyi dərəcədə hər hansı bu cür əqli mülkiyyət pozuntusu iddiasının araşdırılması, müdafiəsi, həlli və ləğvi üçün "Apple" deyil, yalnız biz məsuliyyət daşıyacağıq.
(6) Siz və biz qəbul edirik ki, "Apple" şirkəti və "Apple" şirkətinin törəmələri "Apple App Store" mənbəli tətbiq üçün sizə verilən lisenziya ilə bağlı bu Şərtlərin üçüncü tərəf benefisiarlarıdır və Şərtlərin şərt və qaydalarını qəbul etdiyinizdən sonra "Apple" üçüncü tərəfin benefisiarı kimi sizə qarşı "Apple App Store" mənbəli tətbiq lisenziyanızla bağlı bu Şərtləri tətbiq etmək hüququna malikdir (və bu hüququ qəbul etmiş sayılır).
(7) Siz "Apple App Store" mənbəli tətbiqdən istifadə edən zaman Şərtlərin digər müddəalarını məhdudlaşdırmadan üçüncü tərəfin bütün qüvvədə olan müqavilə şərtlərinə əməl etməlisiniz.
18. Ümumi
18.1 Təyinat. Siz bu Şərtləri və ya burada nəzərdə tutulmuş hüquq və öhdəliklərinizi əvvəlcədən yazılı razılığımız olmadan hər hansı bir şəkildə (qanunla və ya başqa şəkildə) hər hansı başqa şəxsə təyin edə, həvalə edə və ya ötürə bilməzsiniz və yuxarıdakı şərtləri pozaraq təyinat, subpodrat, həvalə və ya köçürmə cəhdləri etibarsız sayılır. Biz tətbiq edilən qanunvericiliyin icazə verdiyi həddə sizin razılığınız olmadan bu Şərtləri və onun hüquq və öhdəliklərini hər hansı başqa şəxsə ötürə, təyin edə və ya həvalə edə bilərik.
18.2 Fors major. Biz əsaslandırılmış nəzarətimizdən kənar səbəblərdən, o cümlədən yanğın, daşqınlar, zəlzələlər və ya hər hansı digər təbii fəlakətlər; epidemiyalar, pandemiyalar və ya hər hansı digər ictimai fövqəladə hallar; müharibə (elan edilib-edilməməsindən asılı olmayaraq) yaxud müharibə təhdidi və ya müharibəyə hazırlıq, üsyanlar, terrorizm, kütləvi iğtişaşlar, tətillər və ya hər hansı digər mülki yaxud siyasi iğtişaşlar; embarqolar, qanunvericilikdə və ya normativ hüquqi aktlarda dəyişikliklər, yaxud hər hansı dövlət və ya hakimiyyət orqanının öhdəliklərin icrasını qanunsuz və ya qeyri-mümkün edən hər hansı sərəncamları, tədbirləri və ya hərəkətləri; yaxud nəqliyyat vasitələrinin, internet və ya telekommunikasiya xidmətlərinin, yanacağın, enerjinin, işçi qüvvəsinin, kommunal xidmətlərin və ya materialların qıtlığı yaxud mövcud olmaması səbəbindən yaranan hər hansı gecikmə və ya öhdəliklərin icra edilməməsinə görə məsuliyyət daşımırıq.
18.3 Qanun seçimi. Bu Şərtlər və burada sizinlə bizim aramızda yarana biləcək hər hansı mübahisə heç bir qanun ziddiyyəti nəzərə alınmadan, Nyu York ştatının qanunları və Amerika Birləşmiş Ştatlarının qüvvədə olan federal qanunları, Federal arbitraj qanununa uyğun olaraq idarə olunacaq. Birləşmiş Millətlər Təşkilatının Malların Beynəlxalq Satışı üzrə Müqavilələrə dair Konvensiyası bu Şərtlərə tətbiq edilmir.
18.4 Xüsusi məkan. Xidmətlərlə bağlı sizinlə bizim aramızda yaranan və arbitraj və ya səlahiyyətli yüngül cinayətlər məhkəməsində həll edilə bilməyən hər hansı mübahisələr Sinqapurda yerləşən səlahiyyətli yurisdiksiya məhkəməsində xüsusi qaydada həll edilməlidir. Bununla siz məhkəmənin keçirilmə yeri və yurisdiksiyasına dair bütün şəxsi yurisdiksiyanın qeyri-mövcudluğu və narahatlıqlarla razılaşır və onlardan imtina edirsiniz.
18.5 Bildiriş. Siz bizə ən son təqdim etdiyiniz e-poçt ünvanından istifadə edərək e-poçt vasitəsilə sizə bildiriş verə biləcəyimizi qəbul edir və bununla razılaşırsınız. Bu səbəbdən siz təqdim etdiyiniz e-poçt məlumatının daim yenilənmiş olmasını təmin etmək üçün məsuliyyət daşıyırsınız. Aşağıdakı 19.2 və 19.5-ci bölmələrdəki təlimatlara uyğun olaraq təqdim edilməli olan və həmin bölmələrdə müəyyən edilən Bildiriş və ya Arbitraj Bildirişi istisna olmaqla, siz bizə bu veb-forma vasitəsilə bildiriş göndərə bilərsiniz.
18.6 İxraca nəzarət. Siz Xidmətlərdən və ya onlar vasitəsilə alınmış Xidmətlərdən və məhsullardan müvafiq yurisdiksiyaların bütün müvafiq ABŞ və ya digər ixrac və təkrar ixrac məhdudiyyətlərinə uyğun olaraq istifadə etməyi öhdənizə götürürsünüz. Siz Xidmətlər, o cümlədən Xidmətlərdən və ya onlar vasitəsilə alınan hər hansı məhsulların (a) sizin yaşayış ölkəniz və ya başqa müvafiq ölkələr tərəfindən embarqo tətbiq etdiyi hər hansı ölkəyə və ya (b) ABŞ Xəzinədarlıq Departamentinin Xüsusi təyinatlı vətəndaşlar siyahısı və ya ABŞ Ticarət Departamentinin Qəbul edilməmiş fiziki və ya hüquqi şəxslər siyahısında olan heç kəsə ixrac yaxud təkrar ixrac edilə bilməyəcəyini xüsusilə qəbul edir və bununla razılaşırsınız. Siz (i) ABŞ tərəfindən embarqo qoyulan və ya ABŞ hökuməti tərəfindən “terrorçuları dəstəkləyən” ölkə kimi təyin edilmiş ölkədə yerləşmədiyinizi və (ii) ABŞ hökümətinin heç bir qadağan edilmiş və ya məhdudlaşdırılmış tərəflər siyahısında olmadığınızı bildirir və zəmanət verirsiniz. Siz həmçinin Xidmətlərdən və ya Xidmətlərdən satın alınmış məhsullardan hər hansı qüvvədə olan qanunlarla qadağan olunmuş məqsədlər üçün istifadə etməyəcəksiniz.
18.7 İmtina. Sizin və ya başqalarının qayda pozuntusuna cavab verməməyimiz sonrakı və ya oxşar pozuntularla bağlı tədbir görmək hüququmuzu ləğv etmir.
18.8 Müddəaların bölünmə imkanı. Bölmə 19.11-də qeyd edilənlər istisna olmaqla, bu Şərtlərin hər hansı müddəasının icra edilə bilməyəcəyi və ya etibarsız olduğu aşkar edilərsə, bu Şərtlərin tam qüvvədə qalması və etibarlı olması və icra oluna bilməsi üçün həmin müddəa tələb edilən minimal dərəcədə məhdudlaşdırılacaq və ya ləğv ediləcək.
18.9 Üçüncü tərəf benefisiarları. 17-ci bölmədə qeyd edilən hallar istisna olmaqla, bu Şərtlərdə heç bir üçüncü tərəf benefisiarları nəzərdə tutulmur.
18.10 Bütöv müqavilə. Bu Şərtlər tərəflərin bu sənədin mövzusu ilə bağlı yekun, tam və müstəsna razılığıdır və bu mövzu ilə bağlı tərəflər arasında keçirilən bütün əvvəlki müzakirələri əvəz edir və birləşdirir.
18.11 Tərcümə. Bu Şərtlərin, Məxfilik Siyasətinin, Kukilər və Oxşar Texnologiyalar Siyasəti, Əqli Mülkiyyət Siyasətininnin və ya "Temu"dakı hər hansı digər şərtlərin, siyasətlərin, məlumatların açıqlanması sənədlərinin yaxud bəyanatların tərcümə edilmiş versiyaları yalnız sizin rahatlığınız üçün təqdim olunur. İngilis dilində olan versiya ilə digər dillərdə olan versiyalar arasında hər hansı uyğunsuzluq olarsa, ingilis dilində olan versiya hər zaman üstün qüvvəyə malik olacaq və sizin bizimlə olan münasibətlərinizi tənzimləyəcək.
19. ARBİTRAJ MÜQAVİLƏSİ
ZƏHMƏT OLMASA, BU BÖLMƏ 19-U (“ARBİTRAJ MÜQAVİLƏSİ”) DİQQƏTLƏ OXUYUN. ZƏHMƏT OLMASA, NƏZƏRƏ ALIN Kİ, BU BÖLMƏDƏ SİZİNLƏ BİZİM ARAMIZDAKI MÜBAHİSƏLƏRİN NECƏ HƏLL EDİLƏCƏYİ BARƏDƏ MÜDDƏALAR EHTİVA OLUNUR. BAŞQA ŞƏRTLƏRLƏ YANAŞI BU BÖLMƏ 19 MƏHDUD İSTİSNALARLA SİZİNLƏ BİZİM ARAMIZDA YARANAN BÜTÜN MÜBAHİSƏLƏRİN MÜTLƏQ VƏ QƏTİ ARBİTRAJ YOLU İLƏ HƏLL EDİLMƏLİ OLDUĞUNU TƏLƏB EDƏN ARBİTRAJ RAZILAŞMASINI EHTİVA EDİR. BU BÖLMƏ 19-DA HƏMÇİNİN KOLLEKTİV İDDİALARDA İŞTİRAKDAN VƏ ANDLILAR MƏHKƏMƏSİNDƏ İŞƏ BAXILMASINDAN İMTİNA DA EHTİVA OLUNUR. BƏZİ ÖLKƏLƏRDƏ SİZİN BU ARBİTRAJ RAZILAŞMASI ƏSASINDA ƏLAVƏ HÜQUQLARINIZ VƏ/YAXUD ÜNSÜRLƏRİNİZ OLA VƏ RAZILAŞMA QANUNLA TƏLƏB EDİLƏN ŞƏKİLDƏ SİZƏ TƏTBİQ EDİLMƏYƏ BİLƏR.
19.1 Arbitraj müqaviləsinin tətbiq edilə bilməsi. Bu Arbitraj müqaviləsinin şərtlərinə əsasən aşağıdakı hallar istisna olmaqla, siz və biz sizin Xidmətlərə, hər hansı kommunikasiyalara, Xidmətlər vasitəsilə satılan və ya yayılan hər hansı məhsullara yaxud bu Şərtlərə çıxışınız və ya onlardan istifadəniz nəticəsində və ya hər hansı şəkildə bunlarla əlaqəli yaranan hər hansı mübahisə, iddia və ya fikir ayrılığı, o cümlədən bu Şərtlərin qüvvəyə minmə tarixindən əvvəl aramızda yaranan iddia və mübahisələrin (hər biri “Mübahisə” adlandırlır) məhkəmədə deyil, ingilis dilində keçirilən mütləq arbitraj yolu ilə həll ediləcəyi ilə razılaşırıq: (1) iddialar yüngül cinayətlər məhkəməsində həll edilməyə uyğun olduğu və bu məhkəmələrdə həll edildiyi halda, siz və biz iddialar irəli sürə və ya yüngül cinayətlər məhkəməsin müraciət edə bilərsiniz; və (2) əqli mülkiyyət hüquqlarının (ticarət nişanları, məhsulun rəsmiləşdirilməsi, domen adları, ticarət sirləri, müəllif hüquqları və patentlər kimi) pozulması və ya digər sui-istifadəsi zamanı siz və ya biz ədalətli müdafiə üçün məhkəməyə müraciət edə bilərik. Bu Arbitraj müqaviləsinin məqsədləri üçün “Mübahisə” ifadəsinin mənasına bu və ya hər hansı əvvəlki Şərtlərin mövcudluğundan əvvəl yaranan və ya faktları ehtiva edən mübahisələr, o cümlədən bu Şərtlərə xitam verilməsindən sonra yarana bilən iddialar da daxil edilir.
19.2 Mübahisələrin qeyri-rəsmi həlli. Sizinlə bizim aramızda Mübahisə yaranması halları ola bilər. Bu cür hal yarandıqda biz məqsədəuyğun həllə nail olmaq üçün sizinlə danışıqlar aparmağa çalışacağıq. Siz və biz Mübahisələrin həlli üçün tətbiq edilən səmimi qeyri-rəsmi səylərin sürətli, az xərcli və qarşılıqlı faydalı nəticələr verə biləcəyi ilə razılaşırıq. Bu səbəbdən siz və biz tərəflərin hər hansı biri digər tərəfə qarşı məhkəmədə iddia qaldırmazdan (və ya tərəfin seçimi ilə yüngül cinayətlər məhkəməsinə müraciət etməzdən) öncə bu Arbitraj müqaviləsində ehtiva edilən hər hansı Mübahisəni qeyri-rəsmi şəkildə həll etmək üçün şəxsən və ya telefon yaxud videokonfrans vasitəsilə görüşmək üçün səmimi səy göstəcəyimiz (“Mübahisənin qeyri-rəsmi həllinə dair görüş”) ilə razılaşırsınız. Sizi nümayəndə təmsil etmiş olarsa, nümayəndəniz görüşdə iştirak edə bilər, lakin siz də görüşdə iştirak etməyə razılıq verməlisiniz. Mübahisəni başladan tərəf,digər tərəfin bu barədə Bildiriş almasından sonrakı 45 (qırx beş) gün ərzində (tərəflərin qarşılıqlı yazılı razılığı ilə daha uzun müddət təyin edilmədiyi halda) Mübahisənin qeyri-rəsmi həllinə dair görüş (“Bildiriş”) keçirmək niyyəti barədə yazılı şəkildə digər tərəfə bildiriş verməlidir. Mübahisələrin qeyri-rəsmi həllinə dair konfransı başlatmaq niyyətində olduğunuz barədə legal@temu.com e-poçt ünvanından bizə bildiriş göndərilməlidir. Bildirişə aşağıdakılar daxil olmalıdır: (1) adınız, telefon nömrəniz, poçt ünbanınız, Hesabınızla bağlı e-poçt ünvanınız (varsa); (2) əgər varsa, nümyəndənizin adı, telefon nömrəsi, poçt ünvanı və ya e-poçt ünvanı; və (3) Mübahisənin təsviri. Bildirişdə Mübahisələrin qeyri-rəsmi həlli barədə görüş üçün uyğun olduğunuz təklif edilən tarix və vaxt dəqiq göstərilməlidir; bununla belə, təklif etdiyiniz tarix və vaxt "Temu" üçün uyğun olmadığı təqdirdə, qarşılıqlı olaraq qəbul edilən bir tarix və vaxtın təyin edilməsi üçün "Temu" ilə əməkdaşlıq etməyə razılaşırsınız.
Mübahisələrin qeyri-rəsmi həlli barədə görüş fərdiləşdirilməli və tərəflərin razılaşdığı hallar istisna olmaqla, hətta eyni hüquq firması və ya hüquq firmaları eyni məsələdə bir neçə istifadəçini təmsil etdiyi halda belə, tərəflərdən hər hansı biri Mübahisə başlatdıqda ayrıca görüş keçirilməlidir; tərəflərin razılaşdığı hallar istisna olmaqla, Mübahisə başladan bir neçə şəxs eyni Mübahisələrin qeyri-rəsmi həllinə dair görüşdə iştirak edə bilməz. Tərəfin Bildirişi alma tarixi və Mübahisələrin qeyri-rəsmi həllinə dair görüşün keçirilməsi tarixi arasındakı zaman aralığında bu Arbitraj müqaviləsinin heç bir bəndi Mübahisəni başladan tərəfin mübahisəni həll etmək üçün keçirilən qeyri-rəsmi danışıqlarda iştirakını qadağan etməməlidir. Mübahisələrin qeyri-rəsmi həllinə dair görüşdə iştirak arbitraj məhkəməsinin başlamasından öncə icra edilməli olan ilkin şərt və tələbdir. Tərəflər bu bölməyə əsasən tələb edilən Mübahisələrin qeyri-rəsmi həllinə dair görüşdə iştirak etdikləri vaxt iddia müddəti və hər hansı məhkəmə ödənişinin son tarixi uzadılmalıdır. Əvvəlcədən bildiriş göndərmədən və ya üzrlü hallar olmadan Mübahisələrin qeyri-rəsmi həllinə dair görüşə gəlməmək, xoş məramla iştirak etməmək kimi qiymətləndiriləcək.
19.3 Andlılar məhkəməsindən imtina edilməsi. SİZ VƏ BİZ BURADA MƏHKƏMƏ İŞİ AÇMAQ VƏ ANDLILAR QARŞISINDA MƏHKƏMƏYƏ ÇIXMAQLA BAĞLI HƏR HANSI KONSTİTUSİYA VƏ QANUNİ HÜQUQLARINIZDA İMTİNA EDİRİK. Əvəzində siz və biz yuxarıdakı Bölmə 19.1-də qeyd edilən hallar istisna olmaqla, bütün Mübahisələrin bu Arbitraj müqaviləsinə əsasən həll edilməli olduğuna qərar veririk. Arbitrasiya məhkəməsində hakim və ya andlılar olmur və məhkəmədə arbitraj qərarına baxılması olduqca məhdud şəkildə keçir.
19.4 Kollektiv və başqa qeyri-fərdi müdafiədən imtina. SİZ VƏ BİZ RAZILAŞIRIQ Kİ, BÖLMƏ 19.9-DA GÖSTƏRİLƏNLƏRDƏN BAŞQA HALLARDA BİZİM HƏR BİRİMİZ KOLLEKTİV, NÜMAYƏNDƏLİ YAXUD ÜMUMİ ƏSASDA DEYİL, YALNIZ FƏRDİ ŞƏKİLDƏ DİGƏRİMİZƏ QARŞI İDDİA İRƏLİ SÜRƏ BİLƏRİK VƏ TƏRƏFLƏR BURADA HƏR HANSI MÜBAHİSƏNİN KOLLEKTİV, ÜMUMİ, NÜMAYƏNDƏLİ VƏ YA KÜTLƏVİ ƏSASDA BAŞLADILMASI, BAXILMASI, İCRA EDİLMƏSİ, HƏLL EDİLMƏSİ VƏ YA ARBİTRAJ QARŞISINA ÇIXARILMASI HÜQUQLARINDAN İMTİNA EDİR. YALNIZ FƏRDİ MÜDAFİƏ MÜMKÜNDÜR VƏ BİRDƏN ARTIQ MÜŞTƏRİ VƏ YA İSTİFADƏÇİNİN MÜBAHİSƏLƏRİ DİGƏR MÜŞTƏRİ VƏ YA İSTİFADƏÇİLƏRİN İŞLƏRİ İLƏ BİRGƏ HƏLL EDİLƏ VƏ YA BİRLƏŞDİRİLƏ BİLMƏZ. Arbitraj müqaviləsinə əsasən arbitr yalnız müdafiə tələb edən ayrı tərəfin leyhinə və yalnız tərəfin fərdi iddiasının zəmanət verdiyi müdafiəni təmin etmək üçün lazım olan dərəcədə deklarator müdafiə və ya qadağalı müdafiə təyin edə bilər. Bu paraqrafda qeyd edilənləri heç biri Bölmə 19.9-un şərt və qaydalarına təsir edə bilməz və etməməlidir. Bu Arbitraj müqaviləsinin hər hansı müddəalarına zidd olsa belə, məhkəmə bu Bölmədəki məhdudiyyətlərin əlahiddə iddia yaxud müdafiə tələbinə (ictimai qadağalı müdafiə tələbi kimi) münasibətdə etibarsız olduğu və ya icra edilə bilmədiyi barədə qəti qərar (sonradan appelyasiya və ya şikayətə tabe olmayan) qəbul edərsə, siz və biz bu əlahiddə iddianın yaxud müdafiə tələbinin (və yalnız bu əlahiddə iddia yaxud müdafiə tələbi) arbitrajdan ayrılmalı və yalnız Bölmə 18.4-də qeyd edilən məhkəmələrdə baxılmalı olduğu ilə razılaşır. Bütün digər Mübahisələr xırda cinayət məhkəmələrində baxılmalı və həll edilməlidir. Bu alt-bölmə sizin və ya bizim iddiaların kollektiv həllində iştirakımızın qarşısını almır.
19.5 Qaydalar və forum. Bu Şərtlər dövlətlərarası ticarətlə bağlı sövdələri təsdiq edir; və bu sənədin tətbiq olunan maddi qanuna dair hər hansı digər müddəadan asılı olmayaraq, 9 U.S.C. § 1 və sonrakı Federal arbitraj qanunu bu Arbitraj müqaviləsi və hər hansı arbitraj prosesinin təfsirini və icrasını tənzimləyir. Yuxarıda təsvir edilən mübahisələrin qeyri-rəsmi həlli prosesi Bildirişin alınmasından sonra 60 (altmış) gün ərzində qənaətbəxş şəkildə tamamlanmazsa, siz və biz hər hansı tərəfin Mübahisəni məcburi arbitraj yolu ilə həll etmək hüququna malik olduğu ilə razılaşırıq. Qanunla başqa cür tələb edilmədikdə, arbitraj İstehlakçı arbitraj qaydaları daxil olmaqla, həmin vaxt qüvvədə olan qaydalarına (“AAA qaydaları”) əsasən alternativ mübahisələrin həlli təminatçısı olan Amerika Arbitraj Assosiasiyası ("AAA") tərəfindən keçiriləcək. AAA-nın qaydaları, həmçinin https://adr.org/consumer ünvanında mövcuddur. AAA qaydalarında nəzərdə tutulan bütün məsələlər üzrə icraat sizin yaşadığınız yerdə və ya Nyu-York şəhərində (Nyu-York ştatı) başladıla bilər və hər hansı əyani məhkəmələr hər iki tərəfin səfər etmək imkanları və ya başqa vəziyyətlər nəzərə alınmaqla, kifayət qədər rahat yerdə keçiriləcək. AAA arbitraj keçirə bilmədikdə, tərəflər alternativ arbitraj forumu seçəcək. Sizin hər hansı AAA rüsumlarını və xərcləri ödəmək öhdəliyiniz yalnız müvafiq AAA qaydalarında qeyd edilən şəkildə olacaq.
Tərəflər Mübahisəni yuxarıda istinad edilən məcburi qeyri-rəsmi mübahisələrin həlli prosesi vasitəsilə həll edə bilmədikdə, tərəflərdən hər biri digər tərəfə iddianın xarakterini və əsasını təsvir edən və arbitraj bildirişində (“Arbitraj bildirişi”) tələb olunan bütün məlumatları özündə əks etdirən tələb göndərməklə arbitraj proseduruna başlaya bilər. Arbitrajın təşəbbüskarı olan Tərəf tələbin bir hissəsi kimi mübahisələrin qeyri-rəsmi həlli prosesinə uyğunluğunun şəxsən imzalanmış təsdiqini daxil etməlidir. Arbitraj bildirişinə aşağıdakılar daxil olmalıdır: (1) arbitraj üçün müraciət edən tərəfin adı, telefon nömrəsi, poçt ünvanı, e-poçt ünvanı və hesabın istifadəçi adı (əgər varsa), həmçinin hər hansı müvafiq hesabla əlaqəli e-poçt ünvanı; (2) irəli sürülən hüquqi iddiaların bəyanatı və bu iddiaların faktiki əsasları; (3) müdafiə vasitənin təsviri və mübahisəli məbləğin dəqiq və ədalətli şəkildə hesablanmış dəyəri (ABŞ dolları ilə); (4) yuxarıda göstərildiyi kimi Mübahisələrin qeyri-rəsmi həlli prosesinin tamamlandığını təsdiq edən bəyanat; və (5) sorğu verən tərəfin bu cür arbitrajla bağlı hər hansı zəruri sənədləri təqdim etmə rüsumlarını ödədiyinin sübutu. Arbitraj sorğusu verən tərəf nümayəndəsi tərəfindən təmsil edilərsə, nümayəndənin adı, telefon nömrəsi, poçt ünvanı və e-poçt ünvanı da Sorğuya daxil edilməlidir. Bu nümayəndə də Arbitraj bildirişini imzalamalıdır. Sorğunu imzalamaqla, nümayəndə cari şəraitdə keçirilən araşdırmadan sonra məlum olan və sübut edilmiş dərəcədə aşağıdakıları təsdiqləyir: (1) Sorğu təqib etmək, lazımsız gecikmələrə səbəb olmaq və ya mübahisənin həlli xərclərini lüzumsuz olaraq artırmaq kimi hər hansı qeyri-münasib məqsədlə təqdim edilmir; (2) iddialar, müdafiələrin həyata keçirilməsi və digər hüquqi tələblər qüvvədə olan qanunlarla yaxud mövcud qanunun tətbiqinin genişləndirilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi yaxud yeni qanunun qəbul edilməsi üçün kifayət qədər əsaslı dəlil yoxdur; və (3) faktlar və zərərlə bağlı bəyanatların sübutu var və ya xüsusilə müəyyən edilmiş olduqda, sonradan araşdırılması və ya aşkarlanması üçün əsaslı fürsət olduqda sübut edilmə ehtimalı olacaq. Sizinlə bizim aramızda başqa razılıq olmadıqda və ya Bölmə 19.9-da qeyd edilən Qrupşəkilli arbitraj prosesi başladılmadıqda, arbitraj sizin yaşadığınız ölkədə keçiriləcək. Qüvvədə olan AAA qaydalarına əsasən arbitrajın sürətləndirilmiş icrasına uyğun olaraq, arbitr tərəflər arasında məhdud və əsaslı məlumat mübadiləsinə icazə verə bilər. AAA arbitraj keçirə bilmədikdə, tərəflər alternativ arbitraj forumu seçəcək. Sizin hər hansı AAA rüsumlarını və xərcləri ödəmək öhdəliyiniz yalnız müvafiq AAA Qaydalarında qeyd edilən şəkildə olacaq. Siz və biz arbitraj prosesi zamanı mübadilə edilən bütün material və sənədlərin məxfi saxlanılacağı və tərəflərin vəkilləri, mühasibləri və ya biznes məsləhətçiləri istisna olmaqla, heç kimlə paylaşılmayacağı, eləcə də arbitraj prosesi zamanı mübadilə edilən bütün materialları və sənədləri məxfi saxlamağa razılıq vermələri şərtinə tabe olacağı ilə razılaşırıq. Sizinlə bizim aramızda aparılan hər hansı arbitraj icraatında, arbitr iddia üzrə yekun qərarını çıxarana qədər istənilən vaxt tərəflərdən hər biri iddia ilə bağlı yazılı barışıq sazişi təklifi irəli sürə bilər. Təklifin məbləği və ya şərtləri arbitr yekun qərarını çıxarana qədər ona açıqlanmamalıdır. Təklif 30 gün keçdikdən sonra və ya yekun qərardan əvvəl (hansının daha tez baş verməsindən asılı olaraq) qəbul edilməzsə, geri götürülmüş hesab olunacaq. Bir tərəfin irəli sürdüyü təklif digər tərəf tərəfindən qəbul edilməzsə və digər tərəf sözügedən iddia üzrə daha əlverişli arbitraj qərarı əldə edə bilməzsə, həmin digər tərəf təklif irəli sürüldükdən sonra yaranan xərcləri, o cümlədən hər hansı vəkil qonorarlarını və arbitraj təminatçısına ödənilən haqları təklif edən tərəfə ödəniş şəklində qaytarmalı və təklifdən sonra yaranan öz xərclərini geri tələb etməməlidir. Hər hansı tətbiq edilən qanun və ya məhkəmə presedenti arbitrajda yaranan xərclərin ötürülməsini qadağan edərsə və ya xərclərin ötürülməsi haqqında müddəanın başqa şəkildə icraedilməz yaxud etibarsız olduğu müəyyən edilərsə, bu paraqrafdakı digər müddəaların tam qüvvədə qalması, fəaliyyət göstərməsi və icra edilməsi üçün həmin xərclərin ötürülməsi müddəası tələb olunan minimum həddə məhdudlaşdırılacaq və ya ləğv ediləcək.
19.6 Arbitr. Arbitr ya təqaüdə çıxmış hakim, ya da Nyu-York ştatında hüquqi təcrübə ilə məşğul olmaq lisenziyası olan vəkil olacaq və tərəflər tərəfindən istehlakçı mübahisələri üzrə arbitrlərin AAA siyahısından seçiləcək. Tərəflər Arbitraj bildirişinin çatdırılmasından sonra 35 (otuz beş) gün ərzində arbitr haqqında razılığa gələ bilmədiyi halda, AAA-nın müvafiq qaydalarına uyğun olaraq AAA arbitr təyin edəcək, lakin bu şərtlə ki, Bölmə 19.9-a uyğun olaraq Qrupşəkilli arbitraj prosesi başladıqda, AAA hər toplu üçün arbitr təyin edəcək.
19.7 Arbitrin səlahiyyəti. Arbitr aşağıdakı hallar istisna olmaqla, Arbitraj müqaviləsinin təfsiri və ya tətbiqi, o cümlədən Arbitraj müqaviləsinin və ya Arbitraj müqaviləsinin hər hansı hissəsinin məcburi icrası, ləğv edilməsi, əhatə dairəsi və ya etibarlılığından irəli gələn və ya bunlarla əlaqəli olan mübahisələr daxil olmaqla, lakin bunlarla məhdudlaşmadan, hər hansı Mübahisənin həlli üçün müstəsna səlahiyyətə malikdir: (1) Bölmə 19.4-dən irəli gələn və ya onunla əlaqədar olan bütün Mübahisələr, o cümlədən Bölmə 19.4-ün tamamının və ya bir hissəsinin icraedilməz, qeyri-qanuni, etibarsız və ya qüvvədən düşə bilən olması yaxud Bölmə 19.4-də göstərilən qaydaların pozulduğunu göstərən hər hansı iddia arbitr tərəfindən deyil, səlahiyyətli yurisdiksiyaya malik məhkəmə tərəfindən həll edilməlidir; (2) Bölmə 19.9-da açıq şəkildə nəzərdə tutulan hallar istisna olmaqla, arbitraj rüsumlarının ödənilməsi ilə bağlı bütün Mübahisələr arbitr tərəfindən deyil, yalnız səlahiyyətli yurisdiksiyaya malik məhkəmə tərəfindən həll edilməlidir; (3) tərəflərdən hər hansı birinin arbitrajdan öncəki şərtləri icra edib-etməməsi ilə bağlı bütün mübahisələr arbitr tərəfindən deyil, yalnız səlahiyyətli yurisdiksiyaya malik məhkəmə tərəfindən həll edilməlidir; və (4) Arbitraj müqaviləsinin hansı versiyasının tətbiq olunduğu ilə bağlı bütün Mübahisələr arbitr tərəfindən deyil, yalnız səlahiyyətli məhkəmə tərəfindən həll edilməlidir. Bölmə 19.9-da açıq şəkildə nəzərdə tutulmuş hallar istisna olmaqla, arbitraj prosesi hər hansı başqa məsələlərlə və ya hər hansı digər məhkəmə işləri və ya tərəflərlə birləşdirilməyəcək. Arbitr hər hansı Mübahisənin tamamına və ya bir hissəsinə dair vəsatətləri qəbul etmək səlahiyyətinə malikdir. Arbitr yaranmış hər hansı zərərin hesablanması da daxil olmaqla, qərarın əsaslandığı əsas nəticə və qərarları təsvir edən yazılı qərar və qərar bəyanatı verməlidir. Arbitrin qərarı qətidir və sizin və bizim tərəfimizdən mütləq icra edilməlidir. Arbitraj qərarı ilə bağlı mühakimə yurisdiksiyaya malik olan istənilən məhkəmədə çıxarıla bilər.
19.8 Vəkillərin xidmət haqları və onlarla bağlı xərclər. Arbitr Mübahisənin mahiyyətinin və ya Arbitraj bildirişində qeyd edilən tələbin əsassız olduğunu və ya qeyri-münasib məqsədlə irəli sürüldüyünü müəyyən etdiyi hallar istisna olmaqla, Tərəflər arbitraj zamanı öz vəkillərinin xidmət haqqını və xərclərini ödəməlidir (Mülki mühakiməyə dair federal qaydanın 11(b) bəndində göstərilən standartlarla ölçülən qaydada). Siz və ya biz arbitrajın başladılmasına vadar etmək məqsədilə səlahiyyətli yurisdiksiya məhkəməsinin səriştəsinə müraciət etməli olduqda, bu zaman arbitrajın başladılmasına vadar etmək qərarı qəbul edən tərəf digər tərəfdən onun məcburi arbitrajın keçirilməsi ilə bağlı əsaslı xərclərini, zəruri ödənişlərini və əsaslı vəkil xidmət haqlarını tələb etmək hüququna malikdir. Tərəflərdən hər hansı birinin qeyri-rəsmi mübahisələrin həlli prosesi də daxil olmaqla, arbitrajdan əvvəlki hər hansı ilkin şərti yerinə yetirib-yetirməməsi ilə bağlı hər hansı məhkəmə icraatında qalib gələn tərəf məhkəmə işinin aparılması və ya digər tərəf ilkin şərti tam yerinə yetirənədək qaydalara uyğun olmayan şəkildə başladılmış arbitraja qarşı müdafiə zamanı çəkdiyi əsaslandırılmış xərcləri, zəruri xərcləmələri, habelə əsaslandırılmış vəkil qonorarlarını və xərclərini geri almaq hüququna malikdir.
19.9 Qrupşəkilli arbitraj. Arbitraj proseslərinin idarə edilməsinin və həllinin səmərəliliyini artırmaq üçün siz və biz eyni hüquq firması tərəfindən və ya onun köməyi ilə bizə qarşı əhəmiyyətli dərəcədə oxşar xarakterli 25 (iyirmi beş) və ya daha çox fərdi Arbitraj bildirişi olduqda, hüquq firması və ya hüquq firmaları 30 (otuz) gün müddətində (və ya bundan sonrakı müddətdə mümkün qədər tez) AAA-nın (1) arbitraj tələblərini hər qrup üzrə 100 Arbitraj bildirişindən ibarət qruplar və ya cəmi 100-dən az Arbitraj bildirişi qaldıqda qruplar şəklində idarə etməli (üstəlik, yuxarıda təsvir edilmiş paketləşdirmədən sonra 100-dən az Arbitraj bildirişi qalana qədər, qalan Arbitraj bildirişlərindən ibarət yekun qrup); (2) hər qrup üçün bir arbitr təyin etməli; (3) qrupları birlikdə idarə etməli və (4) hər bir qrupun tək bir konsolidasiya edilmiş arbitraj kimi həllini hər tərəfə və qrupa görə ödənilməli olan bir sıra sənədlər və inzibati rüsumlar, bir prosedur təqvimi, arbitr tərəfindən müəyyən ediləcək yerdə bir işə baxılma (əgər varsa) və bir arbitraj qərarı (“Qrupşəkilli arbitraj”) təmin etməli olduğu ilə razılaşırıq. Bir arbitraj tələbi toplusundakı arbitraj qərarları arbitraj qərarları sonradan icra olunan toplulara ilkin təsir göstərməməlidir.
Arbitraj bildirişləri eyni hadisə və ya faktiki ssenaridən irəli gəldiyi və ya onlarla əlaqəli olduğu halda, eyni və ya bənzər problemlərə aid olduğu halda və eyni və ya oxşar müdafiə tələb edilərsə, bütün tərəflər sorğuların “əsas etibarilə oxşar xarakter daşıdığı” ilə razılaşır. Tərəflər Kütləvi arbitraj prosesinin tətbiqi ilə bağlı razılaşa bilmədikdə, razılaşmayan tərəf AAA-ya müraciət etməli və AAA Kütləvi arbitraj prosesinin tətbiq oluna biləcəyini müəyyən etmək üçün yeganə daimi arbitr (“İnzibati arbitr”) təyin etməlidir. Hər hansı bu cür mübahisənin İnzibati arbitr tərəfindən həllini sürətləndirmək məqsədi ilə tərəflər İnzibati arbitrin hər hansı mübahisələri dərhal həll etmək üçün zəruri olan prosedurları müəyyən edə bilməsi ilə razılaşır. İnzibati arbitrin xidmət haqqı bizim tərəfimizdən ödənilməlidir. Siz və biz aşağıdakıları ehtiva edə bilən kütləvi Sorğularla bağlı birdəfəlik müraciət və inzibati rüsumların ödənilməsi, o cümlədən arbitrajın vaxtının və xərclərinin minimuma endirilməsi ilə bağlı tədbirlər daxil olmaqla, Qrupşəkilli arbitraj prosesinin icrasında AAA ilə səmimi əməkdaşlığa razılaşırıq: (1) aşkarlama ilə bağlı mübahisələrin həllində arbitra kömək etmək üçün açkarlama üzrə xüsusi mütəxəssisin təyin edilməsi; və (2) arbitraj prosesinin sürətləndirilmiş təqviminin qəbul edilməsi. Bu müddəada açıq şəkildə qeyd olunan hallar istisna olmaqla, Qrupşəkilli arbitrajla bağlı bu müddəa heç bir halda hər hansı bir şəraitdə kollektiv, ümumi və/yaxud qrupşəkilli arbitraj və ya hər hansı növ məhkəmə işi yaxud birgə və ya birləşdirilmiş iddialarla bağlı arbitraj icazəsi kimi şərh edilməməlidir.
19.10 İmtina etmək üçün 30 gün hüququ. Siz bu Arbitraj müqaviləsini ilk dəfə bağladıqdan sonrakı 30 (otuz) gün ərzində Bölmə 18.5-də qeyd edilən ünvana yazılı bildiriş göndərməklə bu Arbitraj müqaviləsinin müddəalarından imtina etmək hüququna maliksiniz. Sizin bildirişinizdə adınız və ünvanınız, Hesabınızı (əgər varsa) yaradan zaman qeyd etdiyiniz e-poçt ünvanı və bu Arbitraj müqaviləsindən imtina etmək istədiyinizin birmənalı bəyanatı göstərilməlidir. Bu Arbitraj müqAviləsindən imtina etsəniz, bu Şərtlərin bütün digər maddələri sizə tətbiq olunmağa davam edəcək. Bu Arbitraj müqaviləsindən imtina bizimlə aranızda hazırda mövcud olan və ya gələcəkdə ola biləcək hər hansı başqa arbitraj müqavilələrinə təsir etmir.
19.11 Etibarsızlıq, Bitmə müddəti. Bölmə 19.9-da qeyd edilənlər istisna olmaqla, bu Arbitraj müqaviləsinin hər hansı müddəası və ya müddəaları qanuna əsasən etibarsız və ya icra oluna bilməyən hesab edildiyi halda, bu xüsusi müddəa və ya müddəalar qüvvədə olmamalı və ləğv edilməli, lakin Arbitraj müqaviləsinin qalan hissəsi tam qüvvədə qalmalı və etibarlı olmalıdır. Şübhəyə yol verməmək üçün bu o deməkdir ki, Bölmə 19.9 qanunla hər hansı dərəcədə etibarsız və ya icra edilə bilməyən hesab edilərsə, bu zaman siz bütün Arbitraj müqaviləsinin qüvvədən düşməsi və etibarsız olması ilə razılaşırsınız. Bundan əlavə bu Arbitraj müqaviləsində təfərrüatları ilə təsvir edilən qaydada siz bizimlə aranızda olan hər hansı Mübahisənin həmin iddia və ya fikir ayrılığı üçün ayrılan iddia müddəti çərçivəsində arbitraj yolu ilə həll edilməli olduğu və əks təqdirdə bu məsələnin həmişəlik bağlanacağı ilə razılaşırsınız. Həmçinin siz bütün tətbiq edilən iddia müddətlərinin müvafiq səlahiyyətli məhkəmədə tətbiq edildiyi eyni qaydada bu arbitraja da tətbiq ediləcəyi ilə razılaşırsınız.
19.12 Dəyişiklik. Bu Şərtlərdə əksi qeyd edilən hər hansı müddəalara baxmayaraq, bu Arbitraj müqaviləsinə gələcəkdə hər hansı dəyişikliklər edildikdə sizi məlumatlandıracağımızla razılaşırıq. Siz bu dəyişikliyin qüvvədə minməsindən sonrakı 30 (otuz) gün ərzində bizim Bölmə 18.5-də qeyd edilən ünvanımıza bu dəyişikliyə etiraz bildirişi göndərmədiyiniz təqdirdə, bu Arbitraj müqaviləsinə dəyişikliklərin edilməsindən sonra Xidmətlərdən istifadəyə davam etməniz, o cümlədən Xidmətlərdə və ya onlar vasitəsilə təklif edilən məhsul və xidmətləri qəbul etməniz bu dəyişiklikləri qəbul etməyiniz mənasına gəlir. Bu Arbitraj müqaviləsinə edilən dəyişikliklər bu Şərtlərin əvvəlki versiyası ilə razılaşmış olduğunuz və arbitrajdan etibarlı şəkildə imtina etmədiyiniz təqdirdə, Arbitraj müqaviləsindən imtina etmək üçün sizə yeni imkanlar vermir. Bu Arbitraj müqaviləsinə edilən hər hansı dəyişiklik və ya yeniləməyə etiraz etsəniz və Xidmətlərə, Xidmətlər və ya bu Şərtlər vasitəsilə göndərilən bütün kommunikasiyalara, satılan yaxud yayılan bütün məhsullara çıxış və ya onlardan istifadə ilə hər hansı bağlantısı olan və ya bunlar nəticəsində yaranan Mübahisələrlə bağlı arbitraj müqaviləsi bağlamış olsanız, Arbitraj müqaviləsinin bu Şərtləri ilk dəfə qəbul etdiyiniz tarixə qədər (son tarix daxil olmaqla) qüvvədə olan maddələri tam qüvvədə qalır və etibarlı hesab edilir. Biz bu Şərtlərin əvvəlki versiyasına əsasən bağlanan Arbitraj müqaviləsindən imtina tələbinizi qəbul etməyə davam edəcəyik.
Bizimlə əlaqə saxlayın
Elementary Innovation Pte. Ltd., 6 Raffles Quay, #14-06, Singapore (Postal 048580)
Şirkətin Qeydiyyat Nömrəsi: 201900304D
Xidmətlərdən istifadənizlə bağlı hər hansı rəyiniz, sorğunuz və ya şikayətiniz olarsa, zəhmət olmasa, aşağıdakı kanallar vasitəsilə bizimlə əlaqə saxlayın:
"Temu" veb-saytından istifadə edirsinizsə, veb-saytın aşağı hissəsində linki verilmiş “Bizimlə əlaqə” səhifəsi vasitəsilə "Temu" müştəri xidmətləri ilə əlaqə saxlayın; və ya
"Temu" tətbiqindən istifadə edirsinizsə, əsas səhifənin aşağı hissəsindəki “Siz” menyusunda yerləşən “Müştəri dəstəyi” bölməsi vasitəsilə "Temu" müştəri xidmətləri ilə əlaqə saxlayın.
Hər hansı hüquqi sualınız və ya narahatlığınız olarsa, zəhmət olmasa, bu veb-forma vasitəsilə bizimlə əlaqə saxlayın.
