Temu | Azərbaycan | Kukilər və bənzər texnologiyalarla bağlı siyasət

Son yenilənmə tarixi: 10 iyun 2025-ci il

Maraqlarınıza uyğun reklam və sizin üçün əlçatan olan seçimlər barədə məlumat almaq üçün buraya klikləyin.

Bu "Kuki və bənzər texnologiyalar siyasəti" ("Kuki siyasəti"nə) "Temu" Məxfilik siyasətinə (“Məxfilik siyasəti”) əlavədir və burada veb-saytımız (www.temu.com) və "Temu"nun mobil tətbiqi (birlikdə "Xidmət") daxil olmaqla, bu "Kuki siyasəti"ni əlaqələndirən rəqəmsal xüsusiyyətlərimiz, o cümlədən sosial media, marketinq fəaliyyətlərimiz və bu "Kuki siyasəti"ndə təsvir edilən digər fəaliyyətlər vasitəsilə topladığımız şəxsi məlumatları necə idarə etdiyimiz təsvir edilir.

"Kuki və bənzər texnologiyalar"a giriş

Kukilər, hansı ki, veb-saytların istifadəçi cihazlarında saxladığı kiçik mətn fayllarıdır, veb-serverlərə istifadəçilərin veb-brauzer fəaliyyətini qeydə almağa və veb-saytda naviqasiya edərkən onların təqdimatlarını, seçimlərini və giriş statuslarını yaddaşda saxlamağa imkan verir. Saytlarımızda istifadə edilən kukilərə sessiyanın sonunda silinən "sessiya kukiləri", daha uzun müddət yaddaşda saxlanılan "daimi kukilər", idarə etdiyimiz "birinci tərəf" kukiləri və üçüncü tərəf olan biznes ortaqlarımız və xidmət təminatçılarımızın yerləşdirdiyi "üçüncü tərəf" kukiləri daxildir.

Yerli yaddaş texnologiyaları, HTML5 kimi, kukilərə ekvivalent xidmətlər təqdim edir, lakin brauzerinizdən kənar cihazlarda xüsusi tətbiqlə bağlı böyük həcmdə məlumatı yaddaşda saxlaya bilər.

Veb-mayaklar, hansı ki, həmçinin piksel teqlər və ya aydın GIF-lər kimi tanınır, veb-səhifə yaxud e-poçt ünvanına çıxıldığını yaxud açılmış olduğunu və ya müəyyən məzmuna baxıldığını və ya klikləndiyini nümayiş etdirir.

"Kuki və bənzər texnologiyalar"dan istifadə məqsədi

Təhlükəsizlik və autentifikasiya. Bəzi kuki və bənzər texnologiyalar sizin xidmətlərimizdən istifadəniz zamanı veb-saytımızın təhlükəsizliyi və tamlığının qorunması, avtorizasiya və "Temu" sisteminə giriş və tranzaksiyaların təhlükəsiz şəkildə icrasının təmin edilməsi daxil olmaqla, təhlükəsizliyi təmin etmək üçün lazımlı və zəruridir.

Tərcihlərinizin yaddaşda saxlanması. "Temu"da seçdiyiniz parametrlərin istədiyiniz kimi sizə xidmət göstərməsi üçün biz onları yadda saxlamalıyıq. Buraya veb-saytda axtarış edən zaman seçimlərinizi və tərcihlərinizi yaddaşda saxlamaq, "Temu"ya qayıtdığınızda sistemə avtomatik daxil olmaq və "Temu" funksiyaları ilə bağlı seçimlərinizi saxlamaq daxildir.

Xidmətin performansının optimallaşdırılması. Bəzi kuki və bənzər texnologiyalar xidmətimizi təkmilləşdirmək üçün veb-saytın və mobil tətbiqin funksionallığı və sürəti barədə və buna bənzər məlumatlar xidmətlərimizin performansı barədə məlumat verməyə kömək edir.

Xidmət təhlilləri. Hansı səhifələrin ən çox və ən az ziyarət edildiyi və ziyarətçilərin xidmətlərlə bağlı davranışları, həmçinin e-poçtlarımız vasitəsilə istifadəçilərlə əlaqələri daxil olmaqla, istifadəçilərin xidmətlərlə fəaliyyətini başa düşməyimizə kömək etmək üçün.

Maraqlara əsaslanan reklam təklifləri. Biz, xidmət təminatçılarımız və üçüncü tərəf reklam ortaqlarımız sizin şəxsi məlumatlarınızı reklam məqsədləri üçün toplayıb istifadə edə bilərik. Lakin nəzərə alın ki, biz üçüncü tərəf reklam ortaqlarımıza bu məlumatı iOS sistemi ilə işləyən cihazlarda quraşdırılmış "Temu" mobil tətbiqindən toplamağa icazə vermirik. Üçüncü tərəf reklam ortaqlarımız kukilər və bənzər texnologiyalardan istifadə edərək müəyyən müddət ərzində "Məxfilik siyasəti"nin avtomatik məlumat toplama bölməsində təsdiq edilən məlumatlar daxil olmaqla, xidmət, kommunikasiyalar və digər onlayn xidmətlərlə qarşılıqlı əlaqəniz haqqında məlumat toplamaya və bu məlumatdan sizi maraqlandıracağını düşündükləri onlayn reklamlar təqdim etmək üçün istifadə edə bilər. Biz həmçinin üçüncü tərəf platformalarında bu və ya buna bənzər istifadəçilərə maraqlara əsaslanan reklam təklif edilməsini asanlaşdırmaq üçün istifadəçilərimiz haqqında məlumatları bu şirkətlərlə paylaşa bilərik. Maraqlara əsaslanan reklam təklif edərkən biz "Rəqəmsal reklam birliyinin onlayn davranış əsaslı reklamlara dair özü tənzimlənən prinsiplərə" riayət edirik. Siz aşağıdakı bölmədə təsvir olunduğu kimi maraq əsaslı reklam üçün məlumatlarınızı emal etmək məqsədilə kukilər və bənzər texnologiyaların istifadəsini məhdudlaşdıra bilərsiniz.

Sizin seçimləriniz

Maraqlara əsaslanan reklam təkliflərini məhdudlaşdırın. Siz aşağıdakı yollarla maraq əsaslı reklam üçün məlumatlarınızı emal etmək məqsədilə kukilər və bənzər texnologiyaların istifadəsini məhdudlaşdıra bilərsiniz.

  • Brauzer parametrləri. Brauzer parametrlərində üçüncü tərəfin kukilərini bloklayın.

  • Məxfilik brauzeri/plagin. Sizə məxfilik brauzerləri və ya reklam bloklayan brauzer plaginləri istifadə edərək izləmə texnologiyalarını bloklamaq imkanı verir.

  • Google Analytics Reklam Funksiyalarını deaktiv edin. Google Reklam Parametrləri vasitəsilə Google Analytics Reklam Funksiyalarından imtina edə bilərsiniz: https://myadcenter.google.com/.

  • "Facebook" reklam seçimlərini dəyişin. "Facebook" Reklam Parametrləri vasitəsilə "Facebook"un maraqlara əsaslanan reklam təklifləri üçün məlumatlarınızdan istifadə etməsinin qarşısını ala bilərsiniz: https://www.facebook.com/about/ads

  • Müəyyən üçüncü tərəf reklam ortaqlarından maraqlara əsaslanan reklam təklifləri almayın. Siz aşağıdakı mövcud seçimlərdən istifadə edərək internetdə reklamlara dəstək olmaq üçün işlədiyimiz bəzi üçüncü tərəflər üçün reklam seçimlərinizi idarə edə bilərsiniz

    • Onlayn reklam təşəbbüsündə: https://thenai.org/opt-out/ .

    • Rəqəmsal reklam birliyi: optout.aboutads.info, siz https://www.youradchoices.com/appchoices səhifəsinə keçərək "AppChoices" mobil tətbiqini endirə bilərsiniz və o, sizə "Rəqəmsal reklam birliyi"nin iştirakçı üzvlərinin mobil tətbiqlərində maraqlara əsaslanan reklamlardan imtina etməyə imkan verəcək.

    • Biz işlədiyimiz şirkətlərin yuxarıda qeyd edilən imtina proqramlarında iştirak etməsi ilə bağlı təminat verə bilmərik.

  • Mobil cihazınızın parametrlərini dəyişin. Maraqlara əsaslanan reklam məqsədləri üçün mobil cihazınızla əlaqələndirilmiş reklam ID-sindən istifadəni məhdudlaşdırmaq üçün mobil cihazınızın parametrlərindən istifadə edin.

    • iOS 14.5 və ya sonrakı versiyalar üçün: Parametrlər menyusuna keçin > Məxfilik seçin > İzləmə seçin > "Tətbiqlərə izləmə sorğusu vermək icazəsi ver" parametrini qeyri-aktiv edin.

    • "Android" cihazları üçün: Məxfilik parametrlərinə keçin və reklamların fərdiləşdirilməsindən imtina edin.

Kuki və bənzər texnologiyaları bloklayın. Brauzerlərin əksəriyyəti sizə kukiləri silmək və ya rədd etmək imkanı verir. Bunun üçün brauzerin parametrlərindəki təlimatlara əməl edin. Bir çox brauzerlər parametrlərinizi dəyişənədək standart olaraq kukiləri qəbul edir. Nəzərə alın ki, brauzerinizdə kukilərin qeyri-aktiv edilməsini təyin etsəniz, xidmət düzgün işləməyə bilər. Brauzerinizdə hansı kukilərin qurulduğunu görmək, onları idarə etmək və silmək qaydaları daxil olmaqla, kukilər haqqında ətraflı məlumat almaq üçün www.allaboutcookies.org saytına daxil olun. Həmçinin veb-mayakların işləməsinin qarşısını almaq üçün cihazınızı konfiqurasiya edib şəkillərin yüklənməsinə mane ola bilərsiniz.

İzləməmək. Bəzi internet brauzerlər daxil olduğunuz onlayn xidmətlərə “İzləməmək” siqnalları göndərmək üçün konfiqurasiya edilmiş ola bilər. Biz hazırda “İzləməmək” və ya bənzər siqnallara cavab vermirik.

"Kuki və bənzər texnologiyalar siyasəti"nə dəyişiklik

Biz istənilən zaman bu "Kuki və bənzər texnologiyalar siyasəti"ndə düzəliş etmək hüququnu özümüzdə saxlayırıq. "Kuki və bənzər texnologiyalar siyasəti"nə əhəmiyyətli dəyişikliklər etdiyimiz təqdirdə, bu "Kuki və bənzər texnologiyalar siyasəti"nin tarixini yeniləməklə, onu xidmətdə yerləşdirməklə və ya müvafiq qanunların tələb etdiyi hər hansı bildirişi təqdim etməklə sizi xəbərdar edəcəyik. Bu "Kuki və bənzər texnologiyalar siyasəti"nə edilən hər hansı dəyişikliklər dəyişdirilmiş versiyanı yerləşdirdikdən sonra (və ya yerləşdirmə zamanı başqa cür göstərildiyi kimi) qüvvəyə minəcək. Məxfilik təcrübələrimizdən xəbərdar olmaq üçün xidmətimizə hər dəfə baş çəkdiyiniz zaman "Kukilər və bənzər texnologiyalar siyasəti"ni nəzərdən keçirməyinizi tövsiyə edirik.


Əgər "Kuki siyasəti" və ya qeyd olunan şərtlərlə bağlı hər hansı sualınız və ya rəyiniz varsa, zəhmət olmasa, Məxfilik siyasətindəki “Bizimlə əlaqə” bölməsində göstərilən üsulla bizimlə əlaqə saxlayın.